ABŞ-ın Luiziana Universitetinə böyük təqaüd almış tələbə | 1news.az | Xəbərlər
İqtisadiyyat

ABŞ-ın Luiziana Universitetinə böyük təqaüd almış tələbə

10:35 - 13 / 06 / 2018
ABŞ-ın Luiziana Universitetinə böyük təqaüd almış tələbə

5 il bundan öncə 667 balla Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olmuş Camal Əhmədov Ali Məktəbi uğurla bitirərək ABŞ-ın Luiziana Universitetinin də eyni adlı ixtisasının magistratura pilləsinə ödənişsiz, həmçinin yüksək təqaüdlə qəbul alıb. 

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Camal Əhmədov olan müsahibəni təqdim edirik:

- Camal, bilirik ki, BANM-a daxil olub orada oxuya bilmək bir tələbə üçün böyük uğur sayılır. Siz isə BANM-ı bitirib növbəti uğura imza atırsız – magistratura pilləsi üçün ABŞ-ın Luiziana Universitetinə təqaüd alaraq qəbul olmusuz.  Bu uğurları necə əldə edirsiz?

- Mənə görə, uğurun əsas səbəblərindən biri insanın ətrafıdır. Ətrafınızda daima öz üzərində çalışan və hədəflərini yüksək tutan insanlar olduqda, siz də onlardan geri qalmamağa çalışırsınız. Bu baxımdan ailə, məktəb və universitet mühitində əlaqədə olduğum insanlar mənə hər zaman daha yaxşı nəticələr əldə etmək üçün motivasiya mənbəyi olublar. Bundan başqa, düzgün vaxtda düzgün yerdə olmağı bacarmaq, qarşınıza çıxan fürsətləri dəyərləndirmək və dəyərli insanlarla əlaqədə olmaq da vacibdir.

Bu nöqteyi nəzərdən BANM mənim uğurlarımın təməlini qoydu deyə bilərəm. Nailiyyətimə görə mən həmçinin ailəmə, Ali Məktəbin rektoru Elmar Qasımova, professor və müəllimlərimə, həmçinin BANM-ın yaxın əməkdaşlıq etdiyi Neft-qaz Mühəndisləri Cəmiyyətinin nəzdində olan Gənc İstedadlar Proqramının rəhbəri Elşən Rzayevə öz təşəkkürümü bildirmək istəyirəm.

- Siz və ailəniz BANM-a daxil olanda, yoxsa Luiziana Universitetinə daxil olduğunuzu biləndə daha çox sevinmişdiz?

- O dövrdən indiyə kimi bir çox şey dəyişib. İnsanın hədəfləri və gözləntiləri daima dəyişir. Ona görə də, iki fərqli şəxsiyyətin sevinc hissini müqayisə etmək çətindir. Ailəm isə hər zaman hər bir uğurumu böyük sevinclə qarşılayıb.

- ABŞ-da magistraturanı bitirdikdən sonra vətənə qayıdacaqsız, yoxsa həyatınızı və karyeranızı Azərbaycandan kənarda planlayırsız?

- Hal-hazırki məqsədim magistratura pilləsini də BANM-da olduğu kimi uğurla başa vurmaqdır. Yalnız təhsilimi tamamladıqdan sonra, mümkün olan təklifləri dəyərləndirib qərarımı ona görə verəcəm.

- Siz bakalavrı bitirdikdən sonra yenə də magistraturada eyni adlı ixtisası seçmisiz. Mühəndisliyə sevgi sizdə hardandı?

 - Məktəb illərindən texniki fənlərə maraq göstərmişəm və buna görə də mühəndislik oxumaq qərarına gəldim. Əlbəttə ki, BANM-da əldə etdiyim bilik, bacarıqlar və zəngin praktiki təcrübə  bu sahəyə olan marağımı daha da artırdı. Bundan başqa, xarici şirkətlərdə keçdiyim təcrübələr və apardığım elmi-tədqiqat işləri də karyeramı neft-qaz mühəndisliyi sahəsində davam etdirmək istəyimi qətiləşdirdi.

- Camal, niyə işləməyi deyil, təhsilinizi davam etdirməyi üstün tutdunuz?

- Müşahidələrimə əsasən, insan işlədiyi zaman özünü bəzi aspektlərdə limitləməli olur. Şəxsi hədəflərimi nəzərə alaraq bu seçimi etdim. Luiziana universitetində görəcəyim elmi-tədqiqat işinin və yeni bir ölkədə yaşamağın mənə həm akademik, həm də fərdi üstünlüklər qazandıracağına inanıram.

- Artıq beşinci kursun son dövrünü yaşayırsız, tezliklə məzun olacaqsız. BANM-ın məzunu olmaq necə bir hissdir?

- İnanmaq çətin olsa da, uzun bir yolun sonundayıq artıq. BANM mənim üçün ildən ilə doğmalaşan və hər il daha sıx bağlandığım bir yerdir, buna görə də ayrılmaq çətindir. Digər tərəfdən isə, BANM-dan məzun olmağın verdiyi fərəh və qürür hissləri var. BANM mənim üçün hər zaman xoş xatirələrlə vərəqləyəciyim bir həyat səhifəsi olaraq qalacaq.

S.Xankişiyeva

 

 

 

Paylaş:
490

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər