Ramazanın 30-cu günü: dua və imsak vaxtı – TƏQVİM

Sabah Ramazan ayının son – otucuncu günüdür.
1news.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 03:18-dədir.
Ramazan ayının otucuncu gününün duası:
“Allahumməc-əl siyami fihi biş-şukri vəl-qəbul. Əla ma tərzahu və yərzahur-Rəsul. Muhkəmətən furuuhu bil-usul. Bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin. Vəl-həmdu lillahi rəbil-aləmin”.
Tərcüməsi:
“İlahi, bu gün mənim orucumu şükrlü və qəbul olunmuş qərar ver, öz bəyəndiyin və Peyğəmbərinin bəyəndiyi oruclardan et! Elə oruclardan ki, xırdalıqları da əsas iman prinsiplərinə əsaslansın. Səni and verirəm ağamız Muhəmmədə və pak nəslinə. Aləmlərin rəbbi olan Allaha həmd olsun”.
Allah orucunuzu qəbul etsin!
S.Xankişiyeva