Raket və Artilleriya Qoşunlarının cəbhə bölgəsində yerləşən hərbi hissəsinin açılışı olub

İyunun 19-da müdafiə naziri Zakir Həsənov cəbhə bölgəsində yeni inşa edilən Raket və Artilleriya Qoşunlarının hərbi hissəsinin açılışında iştirak edərək ərazidəki qərargah, döyüş texnikaları üçün saxlanclar, əsgər yataqxanası, yeməkxana, sıra meydanı və digər obyektlərlə tanış olub.
1news.az-ın məlumatına görə, Ali Baş Komandan İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları bir daha xatırladan müdafiə naziri Ordumuza göstərilən diqqət və qayğının nəticəsi olaraq əldə edilən uğurları da xüsusi vurğulayıb.
General-polkovnik Z.Həsənov Raket və Artilleriya Qoşunlarının döyüşə hazırlıq səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.
Sonda şəxsi heyətlə birlikdə nahar edilib.
1news.az