Nazir İnam Kərimov Şəkidə vətəndaşlarla görüşəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Nazir İnam Kərimov Şəkidə vətəndaşlarla görüşəcək

17:52 - 19 / 06 / 2018
Nazir İnam Kərimov Şəkidə vətəndaşlarla görüşəcək

Kənd təsərrüfatı naziri İnam Kərimov iyunun 22-də Şəki şəhər Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında  Qax, Şəki, Zaqatala, Oğuz və Balakən rayonlarının sakinləri ilə görüşəcək.  

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, saat 11:00-da başlayacaq görüşdə iştirak etmək istəyənlər Şəki  şəhər Kənd Təsərrüfatı İdarəsinə (050-735-35-77) müraciət edə bilərlər.  

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

1news.az

Paylaş:
381

Son xəbərlər

Bütün xəbərlər