Hacı Nuran “Xeyirxah Platformasının Fəxri Rəhbəri” adı ilə təltif olundu – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacı Nuran “Xeyirxah Platformasının Fəxri Rəhbəri” adı ilə təltif olundu – FOTO

13:11 - 20 / 06 / 2018
Hacı Nuran “Xeyirxah Platformasının Fəxri Rəhbəri” adı ilə təltif olundu – FOTO

Xeyirxah Platformasının təşkilatçılığı ilə Həyat Fondunun prezidenti Hacı Nuran Hüseynov və tanınmış teleaparıcı Azər Süleymanlı xeyirxah könüllülərlə görüşüblər.

1news.az-ın məlumatına görə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) ofsində baş tutan görüşdə Xeyirxah Platformasının rəhbəri Çingiz Səfərov qonaqları salamladıqdan sonra, xeyirxah əməli ilə dəstək olan Hacı Nuran Hüseynova təşəkkür edib.

Qonaqlar xeyirxah işlərlə bağlı öz dəyərli fikirlərini gənclərlə bölüşüblər.

Görüş əsnasında Xeyirxah Platforması adından Çingiz Səfərov Hacı Nuran Hüseynovu “Xeyirxah Platformasının Fəxri Rəhbəri” adına layiq görərək onu simvolik mükafatla təltif edib.

Daha sonra xeyirxah komandasının üzvlərindən olan Almaz Əliyeva və Aytac Kərimova qonaqlara öz hədiyyələrini təqdim ediblər. Qonaqlara dəstəyə görə Xeyirxah Platforması adından, eləcə də ATGTİ adından təşəkkür edilib. Sonda qonaqlarla birgə xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, platformanın fəaliyyəti ilə www.xeyirxah.com saytından tanış ola bilərsiniz.

1news.az

Paylaş:
741

Son xəbərlər

Bütün xəbərlər