Müdafiə naziri səhra məşğələlərinin gedişini izləyib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə naziri səhra məşğələlərinin gedişini izləyib – FOTO

14:56 - 20 / 06 / 2018
Müdafiə naziri səhra məşğələlərinin gedişini izləyib – FOTO

İyunun 20-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələr ilə keçirilən səhra məşğələlərinin gedişini izləyib.

1news.az-ın məlumatına görə, müdafiə naziri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 3-cü kurs kursantlarının taktiki məşğələlərinin keçirildiyi taktiki qüllədəki tədris sinfinə gəlib.

“Mexanikləşdirilmiş taqım hücumda” mövzu üzrə məşğələnin keçirilmə planına uyğun olaraq kursantlar taqım və manqa komandirləri rolunda çıxış edərək məşğələ zamanı yaradılmış taktiki vəziyyətə uyğun hərəkət ediblər.

Taqım komandiri vəzifəsinə təyin edilmiş kursantlardan biri hücum haqqında əmri taqımın şəxsi heyətinə çatdırdıqdan sonra qarşılıqlı fəaliyyəti təşkil edib və döyüş texnikasında praktiki hərəkətlərə başlayıb.

Bu mərhələdə mina sahəsinin keçilməsi, döyüş düzülüşünün müxtəlif formalarının tətbiqi, şərti düşmənin aldadılması qaydaları, maskalanma və sair tapşırıqları nəzərdə tutan müasir ümumqoşun döyüşünün taktiki üsulları icra edilib.

Sonra Müdafiə naziri snayperlərin hazırlığı mərkəzinin atış sahəsinə gələrək praktiki atışların təşkili və icrasını müşahidə edib. Təlim nöqtələrində snayperlər hədəfin aşkar edilməsi, atəş mövqeyinin tutulması, maskalanma, sərrast atəşlə hədəfin məhv edilməsi və digər fəaliyyətləri icra edir, həmçinin snayper sənətinin nəzəri əsaslarını öyrənirlər.

Müdafiə naziri motoatıcı, tank və artilleriya bölmələrinin hazırlığını da izləyib. Məşğələlərə cəlb edilmiş şəxsi heyət atəş, taktiki, taktiki-xüsusi hazırlıq, döyüş maşınlarının idarə olunması və digər tapşırıqları yerinə yetirib.

Təlim məşqlərinin sonunda general-polkovnik Z.Həsənov poliqona dəvət olunmuş kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.
Mətbuat nümayəndələri ilə söhbətində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə xalqımızı təbrik edən Müdafiə naziri Ali Baş Komandan cənab İlham Əliyevin diqqət, qayğısı və rəhbərliyi altında son illər həyata keçirilən kompleks islahatların nəticəsi olaraq bu gün Azərbaycan Ordusunun istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadir olduğunu bildirib.

Müdafiə naziri hərbi hissələrdə yerinə yetirilən fəaliyyətlər, aparılan uğurlu islahatlar, əldə olunan nailiyyətlər, qarşıda duran vəzifə və tapşırıqlar barədə

media nümayəndələrinin suallarını da cavablandırıb.

1news.az

Paylaş:
390

Son xəbərlər

Bakı Limanı və “Tiza Green Energy” şirkəti Azərbaycanda günəş enerjisi ilə BESS sisteminin inteqrasiya olunduğu ilk layihəyə start verib - FOTOBu gün, 19:43“Karbon qiymətqoyma: mövcud çağırışlar və yeni strategiyalar” mövzusunda panel müzakirəsi keçirilibBu gün, 18:45İqlim dəyişikliyi ilə mübarizə, əl işləri, Afrikalı uşaqlarının inkişafı - UNFCCC sərgilərindən REPORTAJ - FOTOBu gün, 18:20COP29-un Mavi və Yaşıl zonaları - “Smart Expo”nun dizayn etdiyi stend və pavilyonlar göz oxşayır - FOTOBu gün, 18:02Xalq artisti Xumar Zülfüqarovanın anadan olmasının 97-ci ildönümüdürBu gün, 17:46Üçüncü kurs tələbəsi dəm qazından boğulubBu gün, 17:33Azərbaycan hərbi qulluqçuları “Mavi Balina – 2024” təlimində iştirak ediblərBu gün, 17:28Mikayıl Cabbarov ABŞ-nin Dövlət Katibinin enerji ehtiyatları üzrə köməkçisi ilə görüş keçirdi - FOTOBu gün, 17:13Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 17:02ADY 1 həftə ərzində COP29-üçün qeydiyyatdan keçmiş 3000-dəmn çox sərnişin daşıyıbBu gün, 16:56PAŞA Sığorta “GüclüSən” adlı korporativ sosial məsuliyyət layihəsinin növbəti tədbirini keçirtdi - FOTOBu gün, 16:34COP29 çərçivəsində qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə yan tədbiri təşkil olunubBu gün, 16:14Lənkəranda 60 yaşlı kişi silahdan açılan atəş nəticəsində xəsarət alıbBu gün, 16:14Səfərbərlik Xidmətinin rəisi Ağcabədidə vətəndaşları qəbul edibBu gün, 15:49Hərbi hissədə komanda-qərargah təlimi keçirilibBu gün, 15:27Lənkəranda zəncirvari qəzada 6 maşın əzilibBu gün, 15:14Sahibə Qafarova Böyük Britaniyanın keçmiş baş naziri ilə görüşübBu gün, 14:53Vladimir Putin Prezident İlham Əliyevə zəng edibBu gün, 14:34Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasında memorandum imzalandıBu gün, 14:16SABAH proqramının əhatə dairəsi mərhələlərlə 2028-ci ilədək genişləndiriləcək - SƏRƏNCAMBu gün, 14:01
Bütün xəbərlər