Rumıniyanın Böyük Birliyi Gününün 100 illiyinə həsr edilmiş sərgi açılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rumıniyanın Böyük Birliyi Gününün 100 illiyinə həsr edilmiş sərgi açılıb - FOTO

15:38 - 20 / 06 / 2018
Rumıniyanın Böyük Birliyi Gününün 100 illiyinə həsr edilmiş sərgi açılıb - FOTO

Milli Kitabxanada Rumıniyanın Böyük Birliyi Gününün 100 illiyinə həsr edilmiş fotosərgi açılıb.

1news.az  xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyi, Rumıniyanın Azərbaycandakı səfirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Rumıniyanın Böyük Birliyinin 100 illiyi münasibətilə “Böyük Birlik. I Dünya Müharibəsindəki Qələbədən Böyük Rumıniya Hökmdarlarının Taclandırılmasına qədər” adlı fotosərgi açılıb.

Milli Kitabxananın direktoru Kərim Tahirov tədbiri açaraq qonaqları salamlayıb.

Dost ölkələr olan Azərbaycan ilə Rumıniya arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayan K.Tahirov bildirib ki, Rumıniyanın ölkəmizdəki səfirliyi ilə Milli Kitabxana arasında sıx əlaqələr yaranıb, səfir Dan İanku dəfələrlə Milli Kitabxanada olub.

Sonra Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku çıxış edib. O, ekspozisiyanın təşkil olunmasına görə Milli Kitabxananın rəhbərliyinə minnətdarlığını bildirib və qeyd edib ki, 2018-ci il həm Azərbaycan, həm də Rumıniya üçün əlamətdardır. Səfir deyib: “Bu gün Rumıniya ilə Azərbaycanı möhkəm dostluq telləri bağlayır. Bu il Azərbaycan müstəqillik elan olunmasının 100 illiyini, Rumıniya isə Böyük Birlik Gününün və bugünkü sərhədlər daxilində Rumıniya dövlətinin yaranmasının 100 illiyini qeyd edir. 1918-ci il dekabrın 1-də Trasilvaniya və Banatda yaşayan rumınların nümayəndələri Rumıniya Krallığı ilə birləşməyin lehinə səs veriblər”.

Səfir xatırladıb ki, Rumıniya hökuməti bu hadisəyə həsr edilmiş silsilə tədbirlər, o cümlədən “Böyük Birlik. I Dünya Müharibəsindəki Qələbədən Böyük Rumıniya Hökmdarlarının Taclandırılmasına qədər” adlı fotosərgi keçirir. Aprel ayında həmin sərgi İstanbulda nümayiş etdirilib.

Rumıniya Prezidenti Administrasiyası yanında Kotroçena Muzeyinin baş direktoru Liviu Sebastyan Cikman fotosərgidə nümayiş etdirilən eksponatların həmin muzeyin arxivlərində saxlanılması barədə məlumat verib. Qeyd edilib ki, ekspozisiyada nümayiş etdirilən 30 fotoya aid izahedici mətnlər Azərbaycan dilində verilib.

Sərgi iyulun 10-dək davam edəcək.

1news.az  

 

Paylaş:
376

Son xəbərlər

Bakı Limanı və “Tiza Green Energy” şirkəti Azərbaycanda günəş enerjisi ilə BESS sisteminin inteqrasiya olunduğu ilk layihəyə start verib - FOTOBu gün, 19:43“Karbon qiymətqoyma: mövcud çağırışlar və yeni strategiyalar” mövzusunda panel müzakirəsi keçirilibBu gün, 18:45İqlim dəyişikliyi ilə mübarizə, əl işləri, Afrikalı uşaqlarının inkişafı - UNFCCC sərgilərindən REPORTAJ - FOTOBu gün, 18:20COP29-un Mavi və Yaşıl zonaları - “Smart Expo”nun dizayn etdiyi stend və pavilyonlar göz oxşayır - FOTOBu gün, 18:02Xalq artisti Xumar Zülfüqarovanın anadan olmasının 97-ci ildönümüdürBu gün, 17:46Üçüncü kurs tələbəsi dəm qazından boğulubBu gün, 17:33Azərbaycan hərbi qulluqçuları “Mavi Balina – 2024” təlimində iştirak ediblərBu gün, 17:28Mikayıl Cabbarov ABŞ-nin Dövlət Katibinin enerji ehtiyatları üzrə köməkçisi ilə görüş keçirdi - FOTOBu gün, 17:13Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 17:02ADY 1 həftə ərzində COP29-üçün qeydiyyatdan keçmiş 3000-dəmn çox sərnişin daşıyıbBu gün, 16:56PAŞA Sığorta “GüclüSən” adlı korporativ sosial məsuliyyət layihəsinin növbəti tədbirini keçirtdi - FOTOBu gün, 16:34COP29 çərçivəsində qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə yan tədbiri təşkil olunubBu gün, 16:14Lənkəranda 60 yaşlı kişi silahdan açılan atəş nəticəsində xəsarət alıbBu gün, 16:14Səfərbərlik Xidmətinin rəisi Ağcabədidə vətəndaşları qəbul edibBu gün, 15:49Hərbi hissədə komanda-qərargah təlimi keçirilibBu gün, 15:27Lənkəranda zəncirvari qəzada 6 maşın əzilibBu gün, 15:14Sahibə Qafarova Böyük Britaniyanın keçmiş baş naziri ilə görüşübBu gün, 14:53Vladimir Putin Prezident İlham Əliyevə zəng edibBu gün, 14:34Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasında memorandum imzalandıBu gün, 14:16SABAH proqramının əhatə dairəsi mərhələlərlə 2028-ci ilədək genişləndiriləcək - SƏRƏNCAMBu gün, 14:01
Bütün xəbərlər