Fövqəladə hallar naziri Siyəzəndə vətəndaşları qəbul edəcək
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən iyunun 22-də Siyəzən şəhərində, Siyəzən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11:00-dan vətəndaşların qəbulu keçiriləcək.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, qəbulda yalnız Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız nazirliyin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Vətəndaşların qeydiyyatı Siyəzən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında iyunun 21-də saat 09:00-da başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə telefonu: 012 512-01-14, e-mail: [email protected].
1news.az