Ekologiya və təbii sərvətlər naziri Şəkidə vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Ekologiya və təbii sərvətlər naziri Şəkidə vətəndaşları qəbul edəcək

17:08 - 20 / 06 / 2018
Ekologiya və təbii sərvətlər naziri Şəkidə vətəndaşları qəbul edəcək

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iyunun 29-da saat 09:30-da Şəki şəhərində yerləşən Şəki Olimpiya  Mərkəzində Şəki, Qəbələ, Oğuz və İsmayıllı rayonlarının vətəndaşlarını qəbul edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (ünvan: Salman Mümtaz küçəsi 23) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 055-200-22-40, 050-280-48-48, 024-24-4-22-60) xahiş olunur.

1news.az

Paylaş:
669

Son xəbərlər

Bütün xəbərlər