Koroğlu metrostansiyasının çıxışında qadınlar arasında kütləvi dava olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Koroğlu metrostansiyasının çıxışında qadınlar arasında kütləvi dava olub

09:36 - 20 / 06 / 2018
Koroğlu metrostansiyasının çıxışında qadınlar arasında kütləvi dava olub

Bakının Nizami rayonu ərazisində kütləvi dava baş verib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, metronun Koroğlu stansiyasından çıxan 1978-ci il təvəllüdlü Hüseynova Vəsilə Səfər qızı tanıdığı digər 3 orta yaşlı qadınla mübahisə edib.

Mübahisə zamanı qadınlardan biri V.Hüseynovanın saçını yolub. Daha sonra o, digər iki qadın tərəfindən döyülüb.

V.Hüseynova bədənin müxtəlif nahiyələrindən xəsarətlər alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinə məlumat verilib.

S.Xankişiyeva

Paylaş:
836

Son xəbərlər

Bütün xəbərlər