Zakir Həsənov: Azərbaycan ordusu istənilən döyüş əmrini yerinə yetirməyə qadirdir | 1news.az | Xəbərlər
Cəmiyyət

Zakir Həsənov: Azərbaycan ordusu istənilən döyüş əmrini yerinə yetirməyə qadirdir

11:47 - 20 / 06 / 2018
Zakir Həsənov: Azərbaycan ordusu istənilən döyüş əmrini yerinə yetirməyə qadirdir

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələrlə keçirilən səhra məşğələlərinin gedişini izləyib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin üçüncü kurs kursantlarının taktiki məşğələlərinin keçirildiyi taktiki qüllədəki tədris sinfində olub. 

“Mexanikləşdirilmiş tağım hücumda” mövzusu üzrə məşğələnin keçirilmə planına uyğun olaraq, kursantlar tağım və manqa komandirləri rolunda çıxış edib, məşğələ zamanı yaradılmış taktiki vəziyyətə uyğun hərəkət ediblər.

Sonra müdafiə naziri snayperlərin hazırlığı mərkəzinin atış sahəsində praktiki atışların təşkili və icrasını izləyib, motoatıcı, tank artilleriya bölmələrinin hazırlığını izləyib.

Təlim məşqlərin sonunda Zakir Həsənov poliqona dəvət olunmuş informasiya vasitələrinin nümayəndələri ilə görüşüb.

Nazir Ali Baş Komandan İlham Əliyevin diqqət, qayğısı və rəhbərliyi altında son illər həyata keçirilən kompleks islahatların nəticəsi olaraq bu gün Azərbaycan ordusunun istənilən döyüş əmrini yerinə yetirməyə tam hazır və qadir olduğunu bildirib.

Müdafiə naziri hərbi hissələrdə yerinə yetirilən fəaliyyətlər, aparılan islahatlar, əldə edilən nailiyyətlər, qarşıda duran vəzifə və tapşırıqlar barədə media nümayəndələrinin suallarını cavablandırıb.

Nazir qeyd edib ki, bütün döyüş maşınları yenilənib: “Yeni tanklar, yeni piyadaların döyüş maşınları, döyüşlərdə istifadə olunan yeni zirehli maşınlar alınıb. Bütün bu texnikalar iyunun 26-da keçiriləcək hərbi paradda nümayiş etdiriləcək”.

Z.Həsənov qeyd edib ki, bu gün ordumuz ən müasir texnikalarla idarə olunur: “Bu gün biz ən müasir raket və artilleriya sistemlərinə malikik. Bu raketlər düşmənin istənilən hədəfini məhv etməyə qadirdir. Ali Baş Komandan bir neçə gün əvvəl bu raketlərlə tanış oldu. Onların hamısı paradda nümayiş etdiriləcək”.

1news.az

Paylaş:
389

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52Kamaləddin Qafarov: “Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”Bu gün, 10:43Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVABu gün, 10:26Ziya Bünyadov prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıbBu gün, 10:14“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03
Bütün xəbərlər