Ölkəmizdə təhsil alan əcnəbilərin sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkəmizdə təhsil alan əcnəbilərin sayı açıqlanıb

11:34 - 21 / 06 / 2018
Ölkəmizdə təhsil alan əcnəbilərin sayı açıqlanıb

Azərbaycanda 75 ölkədən gəlmiş 5410 əcnəbi vətəndaş təhsil alır ki, bu da ötən illə müqayisədə 10 % çoxdur.

1news.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbirində məlumat verilib.

Qeyd olunub ki, 2017/2018-ci tədris ilində əcnəbi tələbələr tərəfindən ən çox müraciət edilmiş sahələr siyahısına tibb (35%), sosial və humanitar elmlər (26%), mədəniyyət və incəsənət (14%) ixtisas qrupları daxil olub. Bundan başqa, cari tədris ilində əcnəbi tələbələrin 73,4%-i bakalavriat səviyyəsində təhsil almaq üçün müraciət edib. Bu göstərici hazırlıq səviyyəsi üzrə 18,6 %, magistratura və doktorantura səviyyəsi üzrə müvafiq olaraq 5,3 % və 1,9 % olub.

Babək Cahandarov

Paylaş:
399

Son xəbərlər

Bütün xəbərlər