Qəbul imtahanında orta bal 2012-ci ilə nisbətən 62 bal artıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbul imtahanında orta bal 2012-ci ilə nisbətən 62 bal artıb

12:11 - 21 / 06 / 2018
Qəbul imtahanında orta bal 2012-ci ilə nisbətən 62 bal artıb

2017-ci ildə ali məktəbə qəbul imtahanında orta bal 2012-ci ilə nisbətən 62 bal artaraq 177-dən 239-a yüksəlib.

1news.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbirində çıxış edən Təhsil İnstitutunun direktor əvəzi Emin Əmrullayev deyib.

O bildirib ki, 2017-ci ilin qəbul imtahanlarında cari ilin məzunlarının 44 faizi 200 baldan az toplasa da, bu göstərici əvvəlki illərdə məzun olmuş abituriyentlərdə 65 faiz olub:

"Lakin 200-dən yuxarı bal toplayanların çəkisinin illər üzrə dinamikasına baxdıqda, bu faizin əhəmiyyətli dərəcədə artdığını görmək olar”.

Emin Əmrullayev hər il qəbul imtahanlarında 600-dən çox bal toplayanların sayının artmasının sevindirici hal olduğunu vurğulayıb.

Nazirlik rəsmisi əlavə edib ki, 2012-ci ildə 6 yaşdan yuxarı uşaqların məktəbə gec getməsi halları 12 faiz təşkil edirdisə, 2017-ci ildə bu rəqəm 6 faiz olub.

Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycanda təhsil alan şagirdlərin sayı 1 522 487 nəfər olub. Ən çox şagirdi olan rayon Sabunçu (62 374), ən az şagirdi olan rayon Sədərək (1 287) olub.

Babək Cahandarov

 

Paylaş:
331

Son xəbərlər

Bütün xəbərlər