Nazir: Məktəbəqədər hazırlığın əhatəlilik səviyyəsi 90 faizə çatdırılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: Məktəbəqədər hazırlığın əhatəlilik səviyyəsi 90 faizə çatdırılacaq

12:16 - 21 / 06 / 2018
Nazir: Məktəbəqədər hazırlığın əhatəlilik səviyyəsi 90 faizə çatdırılacaq

Son illər ərzində Azərbaycanda təhsilin keyfiyyətinin, əlçatanlığının artması müşahidə edilir. Bu da bizə gələcəyə daha nikbin baxmağa əsas verir.

 1news.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabat tədbirində deyib.

Məktəbəqədər təhsilin vacibliyindən danışan nazir qeyd edib ki, ötən illə müqayisədə 2016-cı ildə məktəbəhazırlığın əhatəliliyi 55% idisə, bu il həmin göstərici 65%-ə yüksəlib.

"2020-ci ilə qədər məktəbəqədər hazıqlıq mərkəzlərinin əhatəlilik səviyyəsinin 90 faizə çatdırılması nəzərdə tutulur"- deyə, nazir qeyd edib.

Babək Cahandarov

Paylaş:
401

Son xəbərlər

Bütün xəbərlər