Ceyhun Bayramov: Ali məktəblərə qəbulda iki dəyişiklik nəzərdə tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ceyhun Bayramov: Ali məktəblərə qəbulda iki dəyişiklik nəzərdə tutulub

12:33 - 21 / 06 / 2018
Ceyhun Bayramov: Ali məktəblərə qəbulda iki dəyişiklik nəzərdə tutulub

Ali təhsil müəssisələrinə qəbul üzrə əsasən 2 dəyişiklik nəzərdə tutulur. 

1news.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov nazirliyin 2017-ci il üzrə hesabat tədbirində çıxışı zamanı deyib.

Nazir vurğulayıb ki, həmin dəyişikliklər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin müəyyən edilmiş şərtlər yerinə yetirilməklə, təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə, beynəlxalq fənn olimpiadaları qaliblərinin istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması ilə bağlıdır.

Onun sözlərinə görə, qəbul imtahanlarının yeni modeli ilə bağlı Dövlət İmtahan Mərkəzi ilə sıx əməkdaşlıqda iş aparılır.

Nazir gələn ildən tətbiq ediləcək yeni qəbul modelinin üstünlüklərini açıqlayaraq qeyd edib ki, buraxılış imtahanlarının nəticələri ali məktəbə qəbulda nəzərə alınacaq. Məzunlar daha az sayda fəndən imtahan verəcəklər. İmtahan fənlərinin sayı 5-dən 3-ə düşəcək.

Müəllim peşəsinin nüfuzuna təsir edən tədbirlərin davam etdiriləcəyini bildirən təhsil naziri,  sertifikasiya mexanizminin tətbiqinin təhsildə keyfiyyət baxımından nailiyyətlər əldə edilməsi üçün vacib olduğunu deyib.

Babək Cahandarov

 

 

Paylaş:
497

Son xəbərlər

Bakı Limanı və “Tiza Green Energy” şirkəti Azərbaycanda günəş enerjisi ilə BESS sisteminin inteqrasiya olunduğu ilk layihəyə start verib - FOTOBu gün, 19:43“Karbon qiymətqoyma: mövcud çağırışlar və yeni strategiyalar” mövzusunda panel müzakirəsi keçirilibBu gün, 18:45İqlim dəyişikliyi ilə mübarizə, əl işləri, Afrikalı uşaqlarının inkişafı - UNFCCC sərgilərindən REPORTAJ - FOTOBu gün, 18:20COP29-un Mavi və Yaşıl zonaları - “Smart Expo”nun dizayn etdiyi stend və pavilyonlar göz oxşayır - FOTOBu gün, 18:02Xalq artisti Xumar Zülfüqarovanın anadan olmasının 97-ci ildönümüdürBu gün, 17:46Üçüncü kurs tələbəsi dəm qazından boğulubBu gün, 17:33Azərbaycan hərbi qulluqçuları “Mavi Balina – 2024” təlimində iştirak ediblərBu gün, 17:28Mikayıl Cabbarov ABŞ-nin Dövlət Katibinin enerji ehtiyatları üzrə köməkçisi ilə görüş keçirdi - FOTOBu gün, 17:13Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 17:02ADY 1 həftə ərzində COP29-üçün qeydiyyatdan keçmiş 3000-dəmn çox sərnişin daşıyıbBu gün, 16:56PAŞA Sığorta “GüclüSən” adlı korporativ sosial məsuliyyət layihəsinin növbəti tədbirini keçirtdi - FOTOBu gün, 16:34COP29 çərçivəsində qlobal yük emissiyalarına təsir etmək üçün poçt şəbəkələrindən istifadə yan tədbiri təşkil olunubBu gün, 16:14Lənkəranda 60 yaşlı kişi silahdan açılan atəş nəticəsində xəsarət alıbBu gün, 16:14Səfərbərlik Xidmətinin rəisi Ağcabədidə vətəndaşları qəbul edibBu gün, 15:49Hərbi hissədə komanda-qərargah təlimi keçirilibBu gün, 15:27Lənkəranda zəncirvari qəzada 6 maşın əzilibBu gün, 15:14Sahibə Qafarova Böyük Britaniyanın keçmiş baş naziri ilə görüşübBu gün, 14:53Vladimir Putin Prezident İlham Əliyevə zəng edibBu gün, 14:34Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasında memorandum imzalandıBu gün, 14:16SABAH proqramının əhatə dairəsi mərhələlərlə 2028-ci ilədək genişləndiriləcək - SƏRƏNCAMBu gün, 14:01
Bütün xəbərlər