Bakıda təcili yardım həkimi müğənniyə hücum etdi – FOTO – VİDEO
Müğənni Laləm Məmmədova təcili tibbi yardım həkiminin hücumuna məruz qalıb.
1news.az-ın Ölkə.Az-a istinadla verdiyi xəbərə görə, o, bu barədə özü məlumat verib.
İfaçı bildirib ki, səhhəti pisləşdiyi üçün təcili yardım çağırıb.
Müğənninin evinə gələn həkimlər binanın giriş qapısını aça bilmədiyi üçün əsəbiləşiblər:
“Binanın giriş qapısındakı kodu onlara dedim. Lakin aça bilmirdilər. Buna görə əsəbiləşmişdilər. Kişi həkim üstümə hücum etdi, əlindəki çantasını üstümə atdı.
Məni döymək istəyirdi. Tibb bacısı isə ona mane olmağa çalışırdı. İnanıram ki, Səhiyyə Nazirliyi bu həkim barədə tədbir görəcək”.
S.Xankişiyeva
1144