“Təməl”: İllik hesabat – VİDEO

“Təhsil” TV və 1news.az informasiya agentliyinin birgə layihəsi olan “Təməl” proqramının növbəti buraxılışı efir üzü görüb.
1news.az-ın verdiyi xəbərə görə, verilişin budəfəki buraxılışında Təhsil Nazirliyinin 2017-ci ildə gördüyü işlərə həsr olunmuş hesabatı, ötən il təhsil sahəsində həyata keçirən tədbirlər və yeniliklər yer alıb.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədinin qəbulundan ötən müddət ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub, 5 il bundan əvvəl ilə müqayisədə bir sıra sahələrdə əsaslı nailiyyətlər əldə edilib.
Bu nailiyyətlər həm əhatəliliyin artması, həm də keyfiyyətin və ya bərabər imkanların yaxşılaşması ilə nəticələnib.
S.Xankişiyeva
497