Şortikə görə tənqid edilən qız indi də “mini”də – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Şortikə görə tənqid edilən qız indi də “mini”də – FOTO

13:59 - 24 / 06 / 2018
Şortikə görə tənqid edilən qız indi də “mini”də – FOTO

Bir neçə gün əvvəl Bakı metrosunda “şortik” geyindiyi üçün ətrafdakı insanların təzyiqinə məruz qalan Günay adlı qızın başına növbəti xoşagəlməz hadisə gəlib.

1news.az GoldNews.Az-a istinadla xəbər verir ki, Günay bu dəfə marşrut avtobusunda təhqir edilib.

Bu barədə sosial şəbəkə istifadəçilərin biri özünün şəxsi hesabında yazıb. Statusu yazan xanım qeyd edib ki, onlar ötən gün Günay adlı xanımla bir avtobusda olublar:

“Qız mini geyinmişdi. İki nəfər oğlan onu narahat edir, nömrəsini istəyirdilər. Gördülər ki, qız “üz vermir”, keçdilər qızın yanındakı uşağın yanına və başladılar ki, harda yaşıyırsınız, bacının nömrəsini bilirsənmi? Qız da axırda özündən çıxıb, “əl çək uşaqdan” dedi. Oğlan da “pişiyin əli ətə çatmayanda deyir, iylənmişdi” misalı olaraq, bayaqdan az qala nömrə üçün ayağına düşəcəyi qızı başladı təhqir eləməyə.

Nə bilim sənin başını kəsərəm, mən sənə metrodaki oğlan deyiləm, sən fərli qız olsan, bu geyimdə şəhərə çıxmazsan, evindəki başıpapaqlı varsa, mənnən ona salam de, nə bilim nə. Bir sözlə, qıza olmazın təhqir, hədələrini yağdırdı”.

Həmin xanımın sözlərinə görə, ən pisi də içəridə polis əməkdaşı olsa da, o, həmin oğlana bir kəlmə də demədi:

 “İçəridə adam yol boyu qızı narahat edir, nömrə ala bilməyincə təhqir edir, hədələyir, nə polis nə də başqaları səs çıxarmırdı. Qız yarı yolda düşdü. İçəridəki qadınlar başladılar oğlana “halal olsun sənə, gərək saçından tutub sürüyərdin” deməyə. Qıza əxlaqsız, fahişə deyən kim. Başa düşdüm ki, o günkü metro söhbətində də qızın heç bir günahı olmayıb.

Əsəbiləşib, təbii ki, mən də yolun yarsında düşdüm. İndi mən sizə sual verim: Heç kimə dəyib-dolaşmayan bir insan, sadəcə "mini" geydiyi üçün fahişədir, yoxsa yol boyu ona narahatçılıq verən, istədiyini almayınca təhqir edən, hədələyən o şəxs?”

S.Xankişiyeva

 

Paylaş:
3724

Son xəbərlər

Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52Kamaləddin Qafarov: “Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”Bu gün, 10:43Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVABu gün, 10:26Ziya Bünyadov prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıbBu gün, 10:14“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54
Bütün xəbərlər