Mahmud Məmməd-Quliyev Ermənistana gedir | 1news.az | Xəbərlər
Mədəniyyət

Mahmud Məmməd-Quliyev Ermənistana gedir

16:47 - 26 / 06 / 2018
Mahmud Məmməd-Quliyev Ermənistana gedir

27 iyun tarixində Ermənistanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirlərinin 38-ci Şurasının iclasında Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.

Bunu 1news.az-a  XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyevin sözlərinə görə, əlifba sırası əsasında rotasiya qaydalarına uyğun olaraq QDİƏT-də sədrlik Azərbaycana keçəcək və nazir müavini Mahmud Məmməd-Quliyev sədrliyi qəbul edəcək.

1news.az 

Paylaş:
817

Son xəbərlər

Bütün xəbərlər