Meteoroloqlardan xəbərdarlıq: havanın temperaturu 40 dərəcəni keçəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan xəbərdarlıq: havanın temperaturu 40 dərəcəni keçəcək

12:54 - 27 / 06 / 2018
Meteoroloqlardan xəbərdarlıq: havanın temperaturu 40 dərəcəni keçəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyun ayının 28-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-24, gündüz 33-38,  Bakıda gecə 22-24, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 30-35 faiz təşkil edəcək.

Abşeron çimərliklərində iyunun 28-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclənən  şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu  25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 28-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 36-41, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza görə, iyunun 28-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun hava şəraiti, gündüz isti temperatur diskomfortu  meteohəssas  insanlar üçün əlverişsizdir.

Babək Cahandarov

Paylaş:
510

Son xəbərlər

Bütün xəbərlər