Günvurma halları artır: nə etməli? – VİDEO

Bir neçə gündür ölkə ərazisində anomal isti hava şəraiti müşahidə edilir. Belə havalarda günvurma halları da qaçılmaz olur. Artıq günvurma ilə bağlı təcili yardıma müraciətlər var. Bəs belə halda ilk yardım necə olmalıdır və günvurmadan necə qorunmaq olar?
1news.az Xezerxeber-ə istinadən bildirir ki, isti havalarda kimi istidən qorunmaq üçün ağac kölgəsinə sığınır, kimi isə özünü yelləyir. Havalar isindikcə günvurma halları da artıb. İsti havalar başlayandan 14 nəfər günvurma ilə bağlı təcili yardıma müraciət edib.
Günvurma bir sıra əlamətlərlə özünü biruzə verir.
Təcili yardım xidmətinin həkimi Nuridə Fərzəliyəvanın sözlərinə görə, həkim müdaxiləsinə qədər gün vurmuş adama ilkin yardım edilməlidir. Bunun üçün bir sıra qaydaları bilmək vacibdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti də isti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib. İyulun 2-dək Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir. Günvurmadan qorunmaq üçün saat 11:00-16:00 radələrində günəş altına çıxmamaq məsləhət görülür.
1news.az