Bu qəsəbələrə içməli suyun verilməsində məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu qəsəbələrə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

09:13 - 28 / 06 / 2018
Bu qəsəbələrə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bu gün bir sıra qəsəbələrə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a bildiriblər ki, Bakıətrafı kənd və qəsəbələrdə su təchizatı sistemlərinin yenidən qurulması layihələri çərçivəsində yeni tikilmiş su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar 28 iyun tarixində gün ərzində Ceyranbatan, Saray, Masazır, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. İstehlakçılardan əvvəlcədən su ehtiyatı toplamaları  xahiş olunur. 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

1news.az

Paylaş:
461

Son xəbərlər

Bütün xəbərlər