Sumqayıtda oğlu atasını bıçaqlayıb, sonra suda boğub | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda oğlu atasını bıçaqlayıb, sonra suda boğub

12:20 - 28 / 06 / 2018
Sumqayıtda oğlu atasını bıçaqlayıb, sonra suda boğub

Daxili İşlər Nazirliyi (DİN) Sumqayıtda baş verən qətllə bağlı məlumat yayıb.

DİN-dən 1news.az-a  verilən məlumata görə, iyunun 27-də saat 6 radələrində Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsinin dəniz çimərliyində meyit tapılması barədə daxil olmuş məlumatla əlaqədar Sumqayıt şəhər polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun Corat qəsəbə sakini Elşən İsgəndərov olduğu müəyyən edilib.

Araşdırmalarla iyunun 26-da saat 20 radələrində Kimyaçılar qəsəbəsinin dəniz çimərliyində E.İsgəndərovla oğlu İsmayıl arasında baş vermiş münaqişə zəminində sonuncunun onu bıçaqlaması və suda boğması müəyyən edilib.

Görülmüş tədbirlərlə İsmayıl saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.

1news.az 

Paylaş:
412

Son xəbərlər

Bütün xəbərlər