Sürücülük vəsiqələri bahalaşdı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürücülük vəsiqələri bahalaşdı

14:53 - 29 / 06 / 2018
Sürücülük vəsiqələri bahalaşdı

Sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə və avto-nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu artırılıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilib.

Dəyişikliyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya dəyişdirilməsinə görə dövlət rüsumu 18 manatdan 25 manata, avto-nəqliyyat vasitələri üçün qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu isə 17 manatdan 25 manata qaldırılıb.

S.Xankişiyeva

 

Paylaş:
572

Son xəbərlər

Bütün xəbərlər