Tıxacdan bezənlərə şad xəbər | 1news.az | Xəbərlər
Cəmiyyət

Tıxacdan bezənlərə şad xəbər

16:47 - 29 / 06 / 2018
Tıxacdan bezənlərə şad xəbər

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından Sabir körpüsünə qədər hissədə (Bakı-Sumqayıt yolunda) işlər yekunlaşır.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Onun sözlərinə görə, sabahdan bu hissə istifadəyə verilir:

“İstifadəyə verilən hissə sıxlığı aradan qaldıracaq. Həmin hissə istifadəyə verilməklə 20 Yanvar tuneli ilə hərəkət bərpa edilir. Bundan sonra sıxlıq aradan qaldırılacaq. Tam təmir işləri isə bir həftəyə yekunlaşacaq”.

S.Xankişiyeva

Paylaş:
1273

Son xəbərlər

Bütün xəbərlər