Metroda ölüm hadisəsi baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Metroda ölüm hadisəsi baş verib

10:05 - 29 / 06 / 2018
Metroda ölüm hadisəsi baş verib

Bu gün səhər saatlarında Bakı metrosunda ölüm hadisəsi baş verib.

1news.az-a “Bakı Metropoliteni” QSC-Bakı Metropoliteninin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Məlumata görə, metronun “20 Yanvar” stansiyasının II vestibülündə 1968-ci il təvəllüdlü, Ağsu rayon sakini Qasımov Nazim Bulud oğlunun halı qəfildən pisləşib:

“Metropolitenin əməkdaşları tərəfindən xəstəyə ilkin yardım göstərilib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Nazim Qasımovun ürək-damar sistemində problemləri olub. Hadisə yerinə təcili tibbi yardım maşını çatana qədər sərnişin keçinib”.

S.Xankişiyeva

Paylaş:
839

Son xəbərlər

Bütün xəbərlər