“Təməl”: Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Təməl”: Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir – VİDEO

09:08 - 02 / 07 / 2018
“Təməl”: Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə start verilir – VİDEO

“Təhsil” TV və 1news.az İnformasiya Agentliyinin birgə layihəsi olan “Təməl” verilişinin növbəti buraxılışı efir üzü görüb.

1news.az-ın verdiyi xəbərə görə, proqramının budəfəki buraxılışında müəllimlərin işə qəbulu üzrə müsabiqədən danışılıb.

Verilişdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə ilə iyulun 2-dən start veriləcək müəllimlərin işə qəbulu üzrə müsabiqədən söhbət açılıb, müsabiqənin mərhələləri, vakant yerlərin seçimi və bu mövzuda digər suallara aydınlıq gətirilib.

S.Xankişiyeva

 

 

 

 

 

Paylaş:
559

Son xəbərlər

Bütün xəbərlər