Naxçıvanda döyüş atışlı taktiki xüsusi təlimlər başlayıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda döyüş atışlı taktiki xüsusi təlimlər başlayıb – FOTO

11:08 - 03 / 07 / 2018
Naxçıvanda döyüş atışlı taktiki xüsusi təlimlər başlayıb – FOTO

Muxtar respublikada yerləşən Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə hissə və bölmələrində döyüş atışlı taktiki xüsusi təlimlər başlayıb.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, təlimlərə həyəcan siqnalının verilməsi, şərti hava düşməninin ilk zərbələrinin dəf edilməsi, idarəetmə və komanda məntəqələrində döyüş işinin aparılması ilə başlanılıb.

Təlimin döyüş atışlı mərhələsində düşmənin hava və yerüstü hədəfləri hava hücumundan müdafiə silahları ilə məhv edilib. Təlimlərə hava düşmənini təqlid edən Əlahiddə Ümumqoşun Ordunun aviasiyası da cəlb edilib.

1news.az

Paylaş:
548

Son xəbərlər

Bütün xəbərlər