BNA: Bütün marşrutlar üzrə xətlərə maksimum dərəcədə nəqliyyat vasitəsi cəlb edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

BNA: Bütün marşrutlar üzrə xətlərə maksimum dərəcədə nəqliyyat vasitəsi cəlb edilib

23:17 - 03 / 07 / 2018
BNA: Bütün marşrutlar üzrə xətlərə maksimum dərəcədə nəqliyyat vasitəsi cəlb edilib

Sərnişindaşıma sahəsində vəziyyətin normallaşdırılması, müntəzəm marşrut xətləri üzrə avtobusların fasiləsiz fəaliyyətinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

“Report” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin saat 22:00 olan məlumatında deyilir.

Məlumata görə, “20 Yanvar” metrostansiyasının çıxışları ətrafında sərnişinlərin marşrut xətləri üzrə maneəsiz daşınması təmin edilib.

Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən ətraf ərazilərə avtobusların rahat və maneəsiz hərəkəti təmin edilib. Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən şəhər mərkəzinə gedən əhalinin də vaxtında və rahat daşınması üçün zəruri tədbirlər görülüb. Artıq hər hansı bir narahatlıq müşahidə olunmur.

Metronun “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar” və yaxın ərazilərdə də əhalinin daşınması hazırda çətinlik olmadan həyata keçirilir.

Metronun “Nəsimi”, “Azadlıq Prospekti” və “Dərnəgül” stansiyalarının ətrafında da sərnişin axının tam şəkildə idarə olunur.

“Ulduz”, “N.Nərimanov” və “Gənclik” metrostansiyaları ətrafında da sərnişindaşımada çətinlik müşahidə olunmur.

“28 May” metrosu stansiyasından Əhmədli, Günəşli qəsəbələri və Koroğlu istiqamətlərində yaranan sərnişin sıxlığı da nəqliyyat vasitələrinin sayının artırılması ilə aradan qaldırılıb.

Bakı Nəqliyyat Agentliyinin göstərişinə əsasən, bütün marşrutlar üzrə xətlərə maksimum dərəcədə nəqliyyat vasitəsi cəlb edilib. Bir daha bəyan edirik ki, müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyəti gecə saatlarınadək davam edəcək.

Yol hərəkətinin təşkili üzrə görülən tədbirlər nəticəsində Zığ Dairəsi-Hava limanı avtomagistralında elektron məlumat lövhələrinin fəaliyyəti bərpa edilib.

1news.az

Paylaş:
521

Son xəbərlər

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52
Bütün xəbərlər