Düşmən qorxu içində: Ordumuzun möhtəşəm paradı və genişmiqyaslı təlimləri erməniləri qorxuya salıb – TƏHLİL | 1news.az | Xəbərlər
Cəmiyyət

Düşmən qorxu içində: Ordumuzun möhtəşəm paradı və genişmiqyaslı təlimləri erməniləri qorxuya salıb – TƏHLİL

13:45 - 04 / 07 / 2018
Düşmən qorxu içində: Ordumuzun möhtəşəm paradı və genişmiqyaslı təlimləri erməniləri qorxuya salıb – TƏHLİL

Xəbər verdiyimiz kimi, iylun 2-dən başlayaraq Azərbaycan Ordusunun genişmiqyaslı təlimləri başlayıb.

Təlimlərdə Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirak etdiyi təlimlərə 20.000 nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

İyulun 6-dək davam edəcək təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək.

Ordumuzun genişmiqyaslı təlimləri düşmən ölkə olan Ermənistanda da diqqətlə izlənilir. Bu da əsassız deyil. Onsuz da iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasınnı 100 illiyi münasibətilə Bakıda təşkil olunan möhtəşəm hərbi parad Ermənistanda əməlli başlı ajiotaj, qorxu yaratmışdı. Bundan az sonra ordumuzun genişmiqyaslı təlimlərə başlaması isə bu qorxunu, narahatlığı bir qədər də artırıb. Bu səbəbdən də Ermənistanın hakim dairələri hər zaman olduğu kimi reallığı ört-basdır etməklə əhalini sakitləşdirməyə çalışırlar.

Qondarma “Dağlıq Qarabağ Respublikası prezidentinin” mətbuat katibi David Babayan Aysor.am-a açıqlamasında bildirib ki, onlar Azərbaycan Ordusunun hərbi təlimlərini yaxından izləyirlər və istənilən təxribata cavab verməyə hazırdılar:

“Ordumuz döyüş hazırlığına gətirilib və bu normal haldır. Çünki hətta dost qonşu dövlətlərdə hərbi təlimlər keçirilən zaman digər ölkələrin orduları döyüş hazırlığına gətirilir. Bu müəyyən edilmiş prosedurdur. Biz isə məqsədini gizlətməyən bir düşmənlə üz-üzəyik”.

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artak Davtyan isə Azərbaycan Ordusunun genişmiqyaslı təlimlərini taktiki iş adlandırıb:

“Narahatlıq üçün heç bir əsas yoxdur. Vəziyyətin istənilən dəyişməsinə tam hazırıq. Biz də təlim keçirəndə onlar izləyəcəklər”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov məsələ ilə bağlı 1news.az-a açıqlamasında Ermənistanın yeni hakimiyyətini təcrübəsiz və savadsız insanların yığnağı adlandıraraq baş nazir Paşinyanın bir-birinə zidd olan bəyanatlar verməsinə diqqət çəkib: 

“Ermənistanda küçədən hakimiyyətə gələn Nikol Paşinyan və onun komandası çox təcrübəsiz, çox savadsız insanların bir yığnağıdır. Onları ciddi qəbul etmək olmaz. Çünki Paşinyan xalqın ona etibar etdiyi və inandığı üçün deyil, Sarkisyan hakimiyyətindən narazılığı nəticəsində hakimiyyətə gəldi. Parlamentdə baş nazir kimi təsdiq olunduqdan sonra isə səhəri gün Dağlıq Qarabağa getdi və eyforiyaya qapılaraq Qarabağ münaqişəsi ilə bağlı, eləcə də Azərbaycana qarşı sərsəm fikirlər səsləndirməyə başladı.

Daha sonra Rusiya prezidenti Putinlə görüşləri oldu. Siyasi arenaya daha çox daxil olduqca isə ritorikasından geri çəkilməyə başladı. Bəyanatlar verdi ki, Ermənistanın Qarabağa heç bir aidiyyəti yoxdur, biz sadəcə olaraq onları mənəvi olaraq dəstəkləyirik, danışıqlarda Qarabağ iştirak etməlidir və s. Bu isə tək Ermənistandakı dairələrin deyil, həm də xaricdə yaşayan erməni lobbisinin təəccübünə səbəb oldu və Paşinyanın təcrübəsiz olduğunu daha yaxşı anlamış oldular”.

Hərbi ekspert bildirib ki, bu ərəfədə Azərbaycanın müxtəlif hərbi təlimlər keçirməsi Ermənistanın yeni rəhbərliyini çətin vəziyyətə saldı, bir növ şok yaşadılar. Bakıda möhtəşəm hərbi paradın keçirilməsi isə ermənilərin vahiməsini daha da artırmış oldu:

“Məlum olduğu kimi, Azərbaycan Silahlı Qüvvələri çox ağıllı hərbi taktika nəticəsində elə də böyük güc sərf etmədən Naxçıvanda işğal altında olan 11 min hektar ərazini azad etdi. Ordumuzun nəzarətinə götürülən strateji yüksəkliklər bizə Yerevan-Yexidnazor-Gorus-Laçın yoluna tam nəzarət etmək imkanı verdi. Hazırda ermənilər çox çaşqın vəziyyətdədirlər.

Az sonra, iyunun 26-da Bakıda möhtəşəm hərbi parad keçirildi. Ölkə başçısının paradda çıxışı zamanı səsləndirdiyi fikirlər, eləcə də paradda “Polonez”, “Lora” kimi ən müasir raket sistemlərinin və digər silahların sərgilənməsi Ermənistanda bir növ soyuq duş effekti yaratdı.

Paşinyan paraddan sonra əvvəl dedikləri fikirlərə zidd olaraq bəyanat verdi ki, Ermənistan müharibə eləmək istəmir. Bu da onu göstərir ki, Ermənistan hakimiyyəti böyük çaşqınlıq içindədir. Bakıda keçirilən hərbi paraddan iki gün sonra Müdafiə Nazirliyinin Ordumuzun genişmiqyaslı hərbi təlimlər keçirəcəyi ilə bağlı bəyanatı isə bu çaşqınlığı daha da artırdı”.

Ermənistan hakimiyyətinin çox ağılsız siyasət yürütdüyünü deyən Ü.Cəfərovun fikrincə, Paşinyanın buraxdığı səhvlər onun tezliklə hakimiyyətdən getməsi ilə nəticələnəcək:

“Azərbaycan isə məqsədindən heç zaman dönməyəcək. Ölkə başçısı dəfələrlə bəyan edib ki, heç bir halda Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik. Çox istəyərdik ki, Dağlıq Qarabağ münaqişəsi BMT-nin qəbul etdiyi qətnamələr əsasında, dinc yolla həll olunsun. Əgər münaqişə sülh yolu ilə həll olunmasa 2016-ci ilin aprelində olduğu kimi Azərbaycan əsgəri müharibə yolu ilə işğal olunmuş ərazilərimizi azad edəcək”.

Babək Cahandarov

Paylaş:
1725

Son xəbərlər

Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıbBu gün, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57
Bütün xəbərlər