Rəhman Hacıyev: Mingəçevirdə baş vermiş qəza ilə bağlı bir neçə söz... | 1news.az | Xəbərlər
Cəmiyyət

Rəhman Hacıyev: Mingəçevirdə baş vermiş qəza ilə bağlı bir neçə söz...

16:27 - 04 / 07 / 2018
Rəhman Hacıyev: Mingəçevirdə baş vermiş qəza ilə bağlı bir neçə söz...

Bilirəm, yazdıqlarmdan sonra hər kəs məni tənqid atəşinə tutacaq, lakin yenə də öz nöqteyi-nəzərimi diqqətinizə çatdırmaq istərdim.

Əlbəttə ki, yazdıqlarımın əsas mövzusu Mingəçevir Su Elektrik Stansiyasında (SES) baş verən qəza ilə bağlıdır.

İlk olaraq vurğulamaq istərdim ki, qəzanı əvvəlcədən planlaşdırmaq olmur. Bu, riskdir və onun əsas xarakteristikası – gözlənilməzlikdir.

Əsas sual – bu vəziyyətə nə dərəcədə hazırıq? Fəaliyyət planı varmı, müvafiq xidmətlər zərərin aradan qaldırılması ilə bağlı təlimatlandırılıbmı?  

Bütün bunlardan xəbərsiz deyiləm. Belə ki, uzun illər iri sığorta şirkətlərindən birində mübadilə şöbəsinə rəhbərlik edərək, zərərin aradan qaldırılması ilə bağlı məsələlərə: a) iri (o cümlədən sənaye) obyektlərinin sığortalanması zamanı risklərin qiymətləndirilməsi; b) həmin obyektlərdə sığorta hallarının (yanğın da daxil olmaqla) nizamlanması təcrübəsinə şəxsən cavab vermişəm.

Beləliklə, qəza baş verdi. Qəzanın baş verməsinin tam səbəbi bizlərə məlum deyil. Bu məsələ ilə bağlı dövlət başçısının tapşırığı ilə yaradılmış Dövlət Komissiyası məşğul olur. Yəni hadisəyə dövlət səviyyəsində dərhal reaksiya verilib. Qəzadan bir qədər sonra gecə saatlarında dövlət başçısının saytında ölkə prezidentinin məsələni nəzarətə götürməsilə bağlı məlumat yerləşdirilib.

Müvafiq orqanların qarşısında bir neçə tapşırıq dayanır:

- Sıradan çıxmış avadanlığın təmiri və qəzanın nəticələrinin zərərsizləşdirilməsi ilə məşğul olmalı;

- Ölkə miqyasında alternativ enerji mənbəyi ilə təmin edilməli;

- Strateji əhəmiyyətli obyektlər (xəstəxana, aeroport, hərbi hissələr və s.) dərhal enerji ilə təmin edilməli.


Belə ki, söhbət “bir neçə ədəd transformator”un sıradan çıxmasından deyil, iri elektrik stansiyasının bir hissəsinin tamamilə sıradan çıxmasından gedir.

Avadanlığın təmiri dərhal başlanılıb. Qəzanın səbəblərinin öyrənilməsi üçün dövlət başçısının tapşırığı ilə yaradılmış baş nazirin müavini Yaqub Eyyubovun rəhbərliyi ilə komissiya hadisə yerində olub. Qəzanın zərərsizləşdirilməsilə bağlı ictimaiyyətə fövqəladə hallar naziri Kəmaləddin Heydərov çatdırıb. “Azərenerji”nin rəhbəri Etibar Piriverdiyev qəzaya birbaşa məsuliyyət daşısa da, mətbuatdan qaçamayaraq tez-tez KİV-də çıxış etdi.

İkinci sual – qaranlığa qərq olmuş ölkəni nə qədər tez bir zamanda enerji ilə təmin etmək olar? Söhbət, yayın ən qızmar vaxtında, temperatur 40 dərəcə ətrafında olduğu bir zamandan gedir. Söhbət yeni iş həftəsinin əvvəlindən, hər kəsin işə getdiyi pik saatlardan gedir. Belə məsələlər tələsik həll edilmir. Bunun üçün alternativ enerji təchizatçıları ilə əvvəlcədən hazırlanmış və ya öz mənbəyi hesabına razılaşdırılmış dəqiq fəaliyyət planı olmalıdır.

Nə baş verdiyini xatırlayaq? Evlərin işığı qəzandan bir neçə saat sonra yandı. İşığın müəyyən hissəsi Azərbaycanın digər elektrik stansiyalarının, bir hissəsi isə Rusiya tərəfinin hesabına yandı.

Hətta tanışlarımdan bəziləri işığın sönməsindən xəbərsiz idilər, çünki yatmışdılar.

Bu cür hadisələr digər ölkələrdə də baş verib. Bəzən milyonlarla insan günlərlə elektrik olmadan qalıb. İnanmırsınız? O zaman bu siyahıya nəzər salın: Nyu-York, Varşava, London, Rusiya, Gürcüstan https://bit.ly/2tOYgzt

İşığın yenidən sönməsi məsələsinə gəlincə, bu, ilkin təmirdən sonra enerji blokunun istismara verilməsindən sonra oldu. Qısa zaman kəsiyində fasilədən sonra ehtiyat mənbələrdən əldə edilməklə elektriyin verilməsi bərpa olundu.

Problemlərin olmadığından danışmaq istəmirəm. Əlbəttə ki, bu məsələyə daha çox diqqət yetirmək lazım idi. Axı sinoptiklər anomal istilərlə bağlı proqnoz vermişdi. Təbii ki, belə olan halda sakinlərin elektrik enerjisinə tələbatı artacaqdı. Qurğuları test etmək, onların davamlılığını yoxlamaq lazım idi. Bu, müntəzəm qaydada həyata keçirilməli idi.  

Lakin bütün bunlar dövlət qurumlarını məsələyə operativ reaksiya verməsini dəyişmir.

Bütün bunlardan danışarkən qeyd etmək lazımdır ki, elektriyin əvvəl gecə, sonra isə camaatın işdən evə getdiyi bir zamanda kəsilməsi ciddi fəsadlarsız ötüşdü.

Allaha şükürlər olsun ki, ölkə sərhədi ciddi şəkildə qorunur. Hətta Müdafiə Nazirliyi ehtiyac yarandığı halda müəyyən obyektləri işıqla təmin etməyə hazırlığını bəyan etdi. Səhiyyə Nazirliyinin məlumatına əsasən, xəstəxanalarda  ölümcül hadisələr baş vermədi. Cəhənnəm istisi olmasına baxmayaraq, metrodakı sərnişinlər təxliyyə olunub (bir neçəsi xəstənaya yeləşdirilsə də, Allaha şükürlər olsun, vəziyyətləri normallaşıb).

Ən sevindirici hal isə – cəmiyyətimizin reaksiyası oldu. Şəhər, eləcə də regionlarımız qaranlığa qərq olsa da, hər tərəfdə video müşahidə kameraları işləmədiyi halda cinayət hadisəsi baş verməyib. Oğurluq və ya cinayət halları olmadı, qaranlıqda heç  kəsə hücum olunmayıb, hətta yol qəzalarında artım müşahidə olunmayıb. Bu da cəmiyyətimizin sivilizasiyasının sevindirici tərəfidir.

Şəbəkərlərdə insanlar metro qarşısında dayanaraq su payladıqlarının fotoları yayılıb. Avtobuslar sərnişinləri pulsuz daşıdı. Sosial şəbəkə istifadəçiləri hər kəsi liftləri yoxlamağa, kiməsə kömək etməyə çağırdı.

Düşünürəm ki, bu, çox vacib məqamdır. Buna görə də bizlərin məyus olmağa səbəbimiz yoxdur.

Həyatda fövqəladə hadisə olmadan ötüşmək olmur. Dünya da, biz də mükəmməl deyilik. Bizlərin yaratdığımız sistem də ideal deyil.

Meksika körfəzindəki “Deepwater Horizon” neft platformasında 11 nəfərin ölümü ilə baş verən qəzanı, Sayano-Şuşenskaya Su Elektrik Stansiyasında 75 nəfərin həyatını aparan faciələri xatırlayın. Və ya bu cür mninlərlə qəzanı xatırlayın.

Bu cür hadisələrin hər biri imtahandır. Və cəmiyyət və dövlətin hadisələrə necə reaksiya verəcəyi, sivil mövcudluğa nə dərəcədə hazır olduqlarının göstəricisidir.

Mənə elə gəlir ki, bu imtahandan üzü ağ çıxdıq. Digər məsələ isə, qəzanın nəticələrinin tam aradan qaldırılması, səbəblərin araşdırılması, gələcəkdə təkrar hadisələrin baş verməməsi üçün maksimal dərəcəsə səy göstərməkdir. Aydın məsələdir ki, bütün günahkarlar “lazımi” cəzasını almalıdır. Bunsuz, hətta ən inkişaf etmiş idarə etmə belə çalışmır.

Rəhman Hacıyev

1news.az-ın baş redaktoru

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
2426

Son xəbərlər

Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıbBu gün, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57
Bütün xəbərlər