Meteoroloqlardan şad xəbər: temperatur 4-6 dərəcə enəcək, yağış, dolu yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan şad xəbər: temperatur 4-6 dərəcə enəcək, yağış, dolu yağacaq

16:48 - 04 / 07 / 2018
Meteoroloqlardan şad xəbər: temperatur 4-6 dərəcə enəcək, yağış, dolu yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra iyulun 5-i axşamdan 9-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək.

Azərbaycan rayonlarında iyulun 5-i gündüzdən 9-dək qərb küləyinin ayrı-ayrı yerlərdə güclənəcəyi, bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu tədricən 3-5 dərəcə aşağı enəcək. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

1news.az

Paylaş:
1273

Son xəbərlər

Bütün xəbərlər