Ermənilərin qətlə yetirdiyi Zəhranın ölümündən bir il ötdü – FOTO

Bu gün Füzuli rayonunun Alxanlı kəndində yaşayan iki dinc sakinin ermənilər tərəfindən qətlə yetirilməsindən bir il ötür.
Ötən ilin iyulun 4-də, 20.40 radələrində Ermənistan Silahlı Qüvvələri kəndi pulemyot və qumbaraatanlardan atəşə tutur.
Ermənilər təxribatı nəticəsində kənd sakinləri 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olur.
Həmçinin Quliyeva Səlminaz İltifat qızı aldığı qəlpə yarasından ağır yaralanaraq, əməliyyat olunur.
Qeyd edək ki, bu, ermənilər tərəfindən günahsız azərbaycanlı uşaqların öldürülməsi faktı ilk dəfə deyil. Belə ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı 193 uşaq ermənilər tərəfindən qətlə yetirilib, minlərlə uşaq yaralanıb.
S.Xankişiyeva