Gənc qızların belə həsəd apardığı nənələr – FOTO
İngiltərənin "Daily Star" qəzeti internet üzərindən maraqlı bir yarış həyata keçirib.
1news.az Axşam.az-a istinadən bildirir ki, qəzet 3 qadın arasında ölkənin ən cavan nənəsini seçib.
Birinci yerdə 47 yaşlı Gina Stuard qərarlaşıb. O, qatıldığı "Miss Maxim 2018 yarışmasında da ideal bədən quruluşu ilə diqqət çəkib.
İkinci yerə isə 36 yaşlı Keri Hilton layiq görülüb. Tez ailə quran və tez də nənə sahib olan keri bu vaxtadək estetik əməliyyatlarına 13 min sterlinq pul xərclədiyini vurğulayıb.
39 yaşlı Ales Vasques isə üçüncü pillədə bərqərar olub. Yaşından çox cavan görünən Alisin nəvələrinin olduğuna inananların sayı azdır. Vasques özünün Gina və Keridən daha cazibədar saydığını bildirib.
1news.az
1662