BANM-ın tələbələri “ClimateLaunchpad Azerbaijan 2018”in qalibi oldular – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-ın tələbələri “ClimateLaunchpad Azerbaijan 2018”in qalibi oldular – FOTO

10:47 - 06 / 07 / 2018
BANM-ın tələbələri “ClimateLaunchpad Azerbaijan 2018”in qalibi oldular – FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri 46 ölkənin iştirak etdiyi dünyanın ən böyük “cleantech” (təmiz texnologiya) startup akselerasiya proqramı olan “ClimateLaunchpad”ın “ClimateLaunchpad Azerbaijan 2018” ölkə finalının qalibi olublar.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Ali Məktəbin “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələri – Elmar Əsgərzadə, Hüseyn Əliyev, Murad Rəhimov, Alexandr Oborovsky və onların elmi rəhbərləri Əmir Reza Vəxşuri özlərinin “ThermoNorth” (Maşın mühərrikini optimal temperaturda saxlayan faza dəyişən maddəsi (PCM)) layihəsi ilə qatılıblar.

“ClimateLaunchpad” proqramı ümumi 4 mərhələdən ibarətdir: Kamp, İntensiv ölkədaxili akselerasiya proqramı, Ölkə finalı və Dünya finalı. Proqramda istənilən cleantech layihəsi və y a ideyası – mobil tətbiq, texnoloji cihaz, kimyəvi reaksiya, mexaniki qurğu, alternativ enerji mənbəsi və s. ola bilər.

İlkin mərhələdə proqrama Azərbaycan üzrə müxtəlif universitetlərdən və şirkətlərdən 83 startup layihəsi qatılıb. İlkin mərhələdən seçildikdən sonra, ikinci mərhələdə komandalara 10 həftə ərzində intensiv təlim sessiyaları təşkil olunub. Ölkə üzrə finala isə 13 komanda vəsiqə qazanıb. Münsiflər heyəti və auditoriya birinci yerin qalibi olaraq “ThermoNorth” layihəsinə səs veriblər. BANM-ın tələbələrinin işləyib hazırladıqları bu layihə Norveç, İsveç və Kanada kimi ölkələrdə soyuq hava şəraitində maşın mühərriklərini optimal temperaturda saxlamaq üçün yeni materialın əldə edilməsini həyata keçirməyi nəzərdə tutub.

BANM-ın tələbələri 1 və 2 noyabr tarixlərində  Azərbaycanı Şotlandiyada “ClimateLaunchpad”ın dünya finalında təmsil edəcəklər. Dünya finalında ilk 10-luğa keçən hər bir startup layihəsi 95 min avro investisiya alaraq 18 aylıq akselerasiya proqramına qəbul olunacaq.

Qeyd edək ki, Azərbaycanda “ClimateLaunchpad”ın rəsmi tərəfdaşı “Social İnnovation Lab” mərkəzidir.

S.Xankişiyeva

 

Paylaş:
343

Son xəbərlər

Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşübBu gün, 13:13Əmtəə bazarlarında qızılın qiyməti cüzi artıbBu gün, 13:07Penitensiar xidmət və DİN əməliyyat keçirib, Şəmkirdə silah tapılıb - FOTOBu gün, 12:56İlham Əliyev polşalı həmkarını təbrik edibBu gün, 12:44Mülayim şimal küləyi əsəcək - Sabahın HAVASIBu gün, 12:42Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcəkBu gün, 12:39Azərbaycan hərbçilərinin də iştirak etdiyi “EFES - 2024” təlimi davam edir - FOTOBu gün, 12:28STM ilə Türkiyənin beyin mərkəzlərindən olan “Divan” arasında memorandum imzalanıbBu gün, 12:19“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıbBu gün, 11:55DYP “Təmiz hava” aylığı ilə bağlı müraciət edibBu gün, 11:50Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsinin spikerləri bəlli oldu!Bu gün, 11:34Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıbBu gün, 11:28“PAŞA Bank”a İnsan Resursları üzrə Baş Direktor təyin edilibBu gün, 11:23Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edibBu gün, 11:113-5 may tarixlərində İçərişəhərə giriş məhdudlaşdırılacaq - FOTOBu gün, 11:03Müəllimlərin sertifikatlaşdırma imtahanlarının vaxtları açıqlanıbBu gün, 10:52Nyu-York birjasında təbii qazın qiyməti azalıbBu gün, 10:44Bakıda 10 min manatlıq daş kəsən mişarlar oğurlayan dörd nəfər saxlanılıbBu gün, 10:37Ötən gün cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıbBu gün, 10:34“Suraxanı” gəmi-muzeyinin ilk kapitanı vəfat edibBu gün, 10:25
Bütün xəbərlər