Rezidenturaya qəbul imtahanının II mərhələsi keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Rezidenturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

13:21 - 06 / 07 / 2018
Rezidenturaya qəbul imtahanının II mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi iyulun 8-də 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının II mərhələsini keçirəcək.

Mərkəzdən 1news.az-a verilən məlumata görə, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində 1 binada olmaqla saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcəkdir.

İmtahanda iştirak etmək üçün namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Şəxsiyyəti təsdiq edən sənədin əslini;

- İmtahan gününə müvafiq olan "Namizədin imtahana buraxılış vərəqəsi"ni.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahanda namizədlərə ixtisas fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.

İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı balı 40-dan, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında isə 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər buraxılırlar.

Məlumata görə, 609 namizəd imtahanın II mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçib. Onlardan 408 nəfəri qız, 201 nəfəri oğlandır. 529 namizəd Azərbaycan bölməsinin, 80 namizəd rus bölməsinin, 329 namizəd cari ilin, 280 namizəd isə əvvəlki illərin məzunudur, 5 nəfər xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 589, Naxçıvan şəhərində isə 20  namizədin imtahan verəcəyi gözlənilir.

İmtahanların idarə olunması üçün 6 imtahan rəhbəri, 59 zal nəzarətçisi ayrılıb.

1news.az

Paylaş:
383

Son xəbərlər

Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidir02 / 05 / 2024, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAM02 / 05 / 2024, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi02 / 05 / 2024, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcək02 / 05 / 2024, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır02 / 05 / 2024, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib02 / 05 / 2024, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olub02 / 05 / 2024, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildi02 / 05 / 2024, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİB02 / 05 / 2024, 17:10Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıb02 / 05 / 2024, 17:03Azərbaycanda parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verilib02 / 05 / 2024, 16:45Məzahir Pənahov parlament seçkilərinin seçiləcəyi vaxtla bağlı açıqlama verdi02 / 05 / 2024, 16:36İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb02 / 05 / 2024, 16:17İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM02 / 05 / 2024, 16:07Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb02 / 05 / 2024, 15:43“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq02 / 05 / 2024, 15:24Prezident: Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub02 / 05 / 2024, 15:17Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib02 / 05 / 2024, 15:15Qanunsuz balıq ovu edənlər saxlanılıb02 / 05 / 2024, 15:08Bazar günü 12 min şagird imtahan verəcək02 / 05 / 2024, 14:59
Bütün xəbərlər