“ClimateLaunchpad” beynəlxalq müsabiqəsində Azərbaycanı 3 startap təmsil edəcək – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“ClimateLaunchpad” beynəlxalq müsabiqəsində Azərbaycanı 3 startap təmsil edəcək – FOTO

15:15 - 09 / 07 / 2018
“ClimateLaunchpad” beynəlxalq müsabiqəsində Azərbaycanı 3 startap təmsil edəcək – FOTO

“Social Innovation Lab” (“Sil.”)  innovasiya mərkəzinin əsas təşkilatçılığı və “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə dünyanın ən böyük “cleantech” (təmiz texnologiya) proqramı olan “ClimateLaunchpad”ın final mərhələsi keçirilib. 

Burada 3 ölkə, 2 akademiya, 9 universitet, 3 məktəb və 4 şəhəri təmsil edən 15 startap komandası mübarizə aparıb.

Qalib olan 3 komanda 1-2 noyabr 2018-ci ildə Şotlandiyanın paytaxtı Edinburq şəhərində keçiriləcək beynəlxalq finalda ölkəmizi təmsil edəcək. Eyni zamanda bu il Azərbaycandan proqrama qəbul olunacaq 10 startap İsveçrədə 18 aylıq akselerator (95 000 avro investisiya ilə) proqramı və pul mükafatları uğrunda yarışacaqlar. Dünya Finalında ilk 10 yeri tutan startap layihələri kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq “Climate-KIC Accelerator” proqramına qəbul olunacaqlar. Bu akselerator proqramında hər bir layihəyə üç mərhələdə 95 000 avro maliyyə dəstəyi verilir.

Bundan əlavə isə, “Grand Finale”-da ilk 3 yerə çıxan komandalar pul mükafatları qazanacaqlar:

– Birinci yer: 10 000 avro,

– İkinci yer: 5 000 avro,

– Üçüncü yer: 2 500 avro.

– Hər biri 5 000 avro olmaqla 5 fərqli mövzu mükafatı (cəmi: 25 000 avro)

– Dünya Finalında Azərbaycanı təmsil edəcək 3 startap komandasının bütün xərcləri qarşılanır.

Qeyd edək ki, 2014-cü ildən başlayaraq hər il keçirilən proqram Azərbaycanda artıq ikinci dəfə baş tutur. İştirak edən 46 ölkə arasında “ClimateLaunchpad” tarixində ən çox müraciət alan ölkə bu il 83 layihə ilə Azərbaycandır.

Xatırladaq ki, ötən il 35 ölkənin iştirak etdiyi “ClimateLaunchpad” proqramında Azərbaycandan 13 startap qəbul olaraq 10 həftəlik akselerator proqramdan keçib. Ölkə finalında “ən yaxşı 3 startap” dünya finalında Azərbaycanı təmsil edərək 105 startap içərisində ən yaxşı 15 startapdan biri olmağa nail olub və hazırda Edinburq şəhərində “Greenhouse” inkubasiya proqramında layihələrini inkişaf etdirirlər.

Ölkəmizdə hərkəs tərəfindən adı fəxrlə çəkilən “Rainergy” layihəsinin təsisçisi Reyhan Camalova öz layihəsi üzərində məhz “ClimateLaunchpad” proqramında iştirak etmək üçün düşünməyə başladı, proqrama seçilən uğurlu layihələrdən biri oldu və məhz “ClimateLaunchpad” proqramı çərçivəsində öz layihəsini inkişaf etdirərək ölkə finalında tamaşaçıların ən bəyənilən layihəsi mükafatını qazandı. Proqramdan sonra “ClimateLaunchpad”ın davam edən mentor dəstəyi vasitəsilə proqramının mentorlarından biri “Sil.” həm-təsisçisi Leyla Tağızadə ilə birlikdə Qlobal Sahibkarlıq Sammitində iştirak etdi və təşəbbüsünə görə İvanka Tramp tərəfindən tərif aldı. Ən son isə Reyhan Camalova öz layihəsi ilə Forbes jurnalın 2018-ci il üçün ən gənc (Forbes Under 30) ixtiraçı və sahibkarlarından biri oldu.

Məlumat üçün bildirək ki, “ClimateLaunchpad” proqramının Azərbaycanda rəsmi təşkilatçısı “Social Innovation Lab” (Sil.)  innovasiya mərkəzidir, əsas tərəfdaşları “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti və EY Azerbaijan (Qızıl Sponsor) qurumlarıdır. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi proqramın bürünc sponsorudur.

Layihə çərçivəsində komandaları qida ilə “Özsut” restoranlar şəbəkəsi təmin edib. Tədbirin Media dəstəyi isə Technote Media, Edumap və Real TV-yə məxsusdur,  

məkan tərəfdaşları isə Fransız-Azərbaycan Universiteti və SUP akseleratordur.

Layihə barədə əlavə məlumatla https://climatelaunchpad.org/countries/azerbaijan/​ tanış ola bilərsiniz.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz          

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. 

Reklam hüququnda

 

 

Paylaş:
797

Son xəbərlər

Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıbBu gün, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıbBu gün, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişibBu gün, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşübBu gün, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölübBu gün, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAMBu gün, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblərBu gün, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilibBu gün, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMANBu gün, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edibBu gün, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşübBu gün, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57
Bütün xəbərlər