Elçin Quliyev: Bayrağımız işğaldan azad olunacaq şəhərlərdə dalğalanacaq –  FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Elçin Quliyev: Bayrağımız işğaldan azad olunacaq şəhərlərdə dalğalanacaq –  FOTO

16:56 - 10 / 07 / 2018
Elçin Quliyev: Bayrağımız işğaldan azad olunacaq şəhərlərdə dalğalanacaq –  FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının məzunlarının təntənəli buraxılış mərasimi keçirilib.

DSX-nin mətbuat mərkəzindən 1news.az-a verilən məlumata görə, mərasimdə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluqçuları, gənc zabitlərin valideynləri və ailə üzvləri iştirak ediblər.

Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev gənc zabitləri təbrik edib, onlara xidmətdə uğurlar arzulayıb, tövsiyə və tapşırıqlarını verib. Azərbaycan Sərhəd Mühafizəsinə göstərilən bu qayğı sayəsində əldə olunmuş xidməti nailiyyətlərdən danışan Elçin Quliyev dövlət bayrağımzın qısa müddətdə işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dalğalanacağını, Heydər Əliyev dövlətçiliyinin əsgəri olan Azərbaycan sərhədçilərinin Ali Baş Komandanın bütün əmr və göstərişlərini ən yüksək səviyyədə icra etməyə hər an hazır olmalarını bildirib.

Akademiyanı bitirən leytenantlara diplomlar təqdim olunmuş, gənc zabitlər “Sərhədçi andı”nı qəbul ediblər. Tədbirin sonunda zabitlər və kursantlar təntənəli marşla tribunanın önündən keçiblər. Mərasimdən sonra gənc zabitlər Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

S.Xankişiyeva

 

Paylaş:
423

Son xəbərlər

Qarabağda fəaliyyət göstərən sahibkarlara maliyyə yardımı ilə bağlı müraciətlər elektronlaşdırılıb01 / 05 / 2024, 17:49Azərbaycan “Vindzor Kral Atçılıq Şousu”nda təmsil olunub01 / 05 / 2024, 17:46Avropa çempionatına ilk dəfə azərbaycanlı nümayəndə təyinat alıb01 / 05 / 2024, 17:44Vilayət Eyvazov Yardımlıda qəbul keçirəcək01 / 05 / 2024, 17:34Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa Kubokunun mükafat fondu açıqlanıb01 / 05 / 2024, 17:28İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 201 / 05 / 2024, 17:17Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb edilib - VİDEO01 / 05 / 2024, 16:49Dağlıq ərazilərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA01 / 05 / 2024, 16:48COP29-un rəsmi saytı istifadəyə verilib01 / 05 / 2024, 16:47Motosikletlə dünya səyahətinə çıxan baykerlər Bakı Limanına çatıb01 / 05 / 2024, 16:39Azərbaycan Prezidenti KAICIID-in Baş katibini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 16:36İlham Əliyev İraq Parlamentinin sədrini qəbul edib01 / 05 / 2024, 16:35Hərbi Dəniz Qüvvələrində NATO-nun nümayəndələri ilə görüş keçirilib01 / 05 / 2024, 16:20İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:47Kəlbəcərdə yük maşını aşıb, Türkiyə vətəndaşı ölüb01 / 05 / 2024, 15:37Prezident: Azad edilən ərazilərdə yeni məscidlər inşa edilir, dağıdılanların isə bərpa olunur01 / 05 / 2024, 15:35Prezident Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:33Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - YENİLƏNİB01 / 05 / 2024, 15:21Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb01 / 05 / 2024, 15:10Prezident ipoteka haqqında qanunu təsdiqlədi01 / 05 / 2024, 14:57
Bütün xəbərlər