Rəşad Məcid: Xalq Vətənimizi qana sürükləyən bir ovuc xainə qarşı kəskin münasibətini ortaya qoymalıdır

Çox təəssüf! Allah şəhid olan polislərimizə rəhmət eləsin!
1news.az xəbər verir ki, bunu “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Gəncə hadisələrinə münasibət bildirərkən deyib:
“Qarşıdurmaya çagıranlar, Vətənimizi qanla çalxalamaq istəyənlərin dəyirmanına su tökənlər, xurafat və cəhalətin əsiri olanları qəhrəmana çevirənlər,qisas hissiylə alışıb yananlar! Sevinənlər! Durun, dayanın! Xalq siz deyilsiniz! Xalq bu təhlükəni duyan, hiss edən, dövlətimizə qarşı namərd hücumların mahiyyətini anlayan insanlardı! Onlar coxdular! Lap çox!”
R.Məcid xalqın namərdlərə, kürəyə bıçaq saplayanlara layiqli cavab verəcəyini vurğulayıb:
“İctimai fikir və çoxluq xalqın müdrik kəsimindədir! Və bu çoxluq indi dinməli, səsini qaldırmalı, Vətənimizi qana sürükləyən bir ovuc xainə qarşı kəskin münasibətini ortaya qoymalıdır!”
1news.az