Rahat dizaynlı yeni Samsung Galaxy A6/A6+ smartfonları | 1news.az | Xəbərlər
İqtisadiyyat

Rahat dizaynlı yeni Samsung Galaxy A6/A6+ smartfonları

10:00 - 11 / 07 / 2018
Rahat dizaynlı yeni Samsung Galaxy A6/A6+ smartfonları

Yeni cihazı seçərkən hər bir xırda detala diqqət yetirir və onun tələblərimizə uyğun olmasını arzulayırıq.

Belə ki, smartfon əldə edərkən onun istifadədə rahat olması və keyfiyyətli materiallardan hazırlanması böyük mahiyyət daşıyır.

Yeni Samsung Galaxy A6 xəttinin smartfonları alüminiumdan hazırlanıb. Metal korpus yeni xəttin zahiri görünüşünü daha cəlbedici etməklə yanaşı, smartfonlardan istifadə zamanı yeni təəssüratlar yaşatmağa qadirdir. Korpusun hissəsinə isə şəbəkə antenlərinin işləməsi üçün nəzərdə tutulmuş xüsusi plastik əlavələr yerləşdirilib. Bunlarla yanaşı “Sərhədsiz” displey və incə çərçivələri sayəsində Galaxy A6 özünə daha çox diqqət cəlb edir. Super AMOLED displeyin icazəsi 18,5:9 olaraq, 5,6” diaqonallıdır.

Olduqca geniş ekrana sahib olmasına baxmayaraq, çəkisi yüngül, korpusu incə, yeni format displey sayəsində isə ümumi eni azalan smartfonun geyim cibində daşınması və istifadəsi olduqca rahatdır. Displeyətrafı haşiyənin minimal olması isə cihaza xüsusi zəriflik verir.  Üst çərçivənin üzərində “flash” işıqlı ön kamera, danışıq dinamiki və işıqlandırılma sensoru yerləşdirilib.

Yeni smartfonların ekranları, baxış bucaqları geniş olaraq, hətta parlaq günəşdə belə aydın oxunur. Həmçinin, burada Always on Display funksiyası da aktivdir. Bu funksiya sayəsində ekranda ağ-qara rejimdə saat və bildirişlər  əks etdirilir.

Qeyd etmək lazımdır ki, ekranin 3 tənzimləmə rejimi mövcuddur ki, bunlardan istifadə edərək displey görüntüsünü təbii təsvirdən ən dolğun təsvirə qədər dəyişmək olar. Həmçinin burada “göy” rəng filtri nəzərdə tutulub ki, smartfondan uzun müddət ərzində istifadə zamanı gözlərinizin yorulmasının qarşısı almağa kömək edir. Əlavə olaraq burada RGB  rəng ötürücülərinin hər birinin ayrı ayrılıqda tənzimlənməsi nəzərdə tutulub (qırmızı, yaşıl və göy rəng kanallarına uyğun olaraq). Belə bir yanaşma bir çoxlarını sevindirəcək. Çünki indi smartfon displeyini hər kəs öz istəyinə uyğun tənzimləyə  biləcək.

Yeni Samsung Galaxy A6 rahat və keyfiyyətli korpusu, gözoxşayan dizaynı, funksionallığı ilə seçilən kameraları və işləmə gücü ilə istifadəsi zamanı yalnız müsbət təəssüratlar bəxş edir.

Yeni Galaxy A6 və A6+ smartfonları haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.Az, Soliton və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Reklam hüququnda

 

Paylaş:
448

Son xəbərlər

Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıbBu gün, 15:43“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaqBu gün, 15:24Prezident: Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunubBu gün, 15:17Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilibBu gün, 15:15Qanunsuz balıq ovu edənlər saxlanılıbBu gün, 15:08Bazar günü 12 min şagird imtahan verəcəkBu gün, 14:59COP29 prosesində Azərbaycana dəstək üçün BMT-də xüsusi işçi qrup yaradılıbBu gün, 14:37Prezident: COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilirBu gün, 14:36İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib - YENİLƏNİBBu gün, 14:19“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - Azercell-in təşkil etdiyi təlimlər davam edirBu gün, 14:06Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıbBu gün, 13:43Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 13:37Aygün Attar: Azərbaycanın ekologiyasına vurulan zərər dünyaya vurulmuş zərərdirBu gün, 13:29Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşübBu gün, 13:13Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qoçəhmədli kəndini bərpa edəcəkBu gün, 12:59Sabah Azərbaycanın bəzi yerlərində dolu düşəcək - ProqnozBu gün, 12:59İlham Əliyev Rusiyanın Federasiya Şurasının sədr müavinini və Dövlət Dumasının komitə sədrini qəbul edibBu gün, 12:24Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnibBu gün, 12:10Bakıda İƏT-in Birinci Turoperatorlar Forumu keçirilirBu gün, 11:35Azərbaycanın ikinci böyük elektrik stansiyası təmir edilir - FOTOBu gün, 11:25
Bütün xəbərlər