Məşhur müğənni Gəncə hadisələrindən yazdı: onların ruhuna hörmət qoyun! | 1news.az | Xəbərlər
Cəmiyyət

Məşhur müğənni Gəncə hadisələrindən yazdı: onların ruhuna hörmət qoyun!

10:51 - 11 / 07 / 2018
Məşhur müğənni Gəncə hadisələrindən yazdı: onların ruhuna hörmət qoyun!

Onların ruhuna hörmət qoyun!

1news.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri Gəncədə baş verən iğtişaşlarla bağlı sosial şəbəkədə yazıb.

“Ay camaat, ayılın! Bu, dövlətimizə qarşı provakasiyadır. Liviya, Suriya və s. ölkələrin halına baxın. Bizim düşmənimiz başqa xalqdır. Azərbaycanlılar bir olmalıdı. Bir-birimizə dayaq olmalıyıq. Vətənimizi düşmənlərdən qorumalı, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda bir olmalıyıq. Təxribata uymayın. Düşmənləri sevindirməyin. 

Sovet dönəmində yağı, əti talonla aldığınız vaxtları unutmayın. Suyu saatla verirdilər, çörək almaq üçün millət səhər altıdan növbəyə dururdu. Biz axı pis günlərin nə olduğunu bilirik. Nə qədər oğullarımız, qızlarımız Vətən uğrunda həlak olub. Onların ruhuna hörmət qoyun!”

Qeyd edək ki, Respublika Baş Prokurorluğu, Daxili Işlər Nazirliyi Və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə Gəncədə baş verən iğtişaşlar zamanı qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

1news.az

Paylaş:
921

Son xəbərlər

Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAMBu gün, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildiBu gün, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcəkBu gün, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılırBu gün, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilibBu gün, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olubBu gün, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildiBu gün, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİBBu gün, 17:10Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıbBu gün, 17:03Azərbaycanda parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verilibBu gün, 16:45Məzahir Pənahov parlament seçkilərinin seçiləcəyi vaxtla bağlı açıqlama verdiBu gün, 16:36İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıbBu gün, 16:17İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAMBu gün, 16:07Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıbBu gün, 15:43“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaqBu gün, 15:24Prezident: Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunubBu gün, 15:17Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilibBu gün, 15:15Qanunsuz balıq ovu edənlər saxlanılıbBu gün, 15:08Bazar günü 12 min şagird imtahan verəcəkBu gün, 14:59COP29 prosesində Azərbaycana dəstək üçün BMT-də xüsusi işçi qrup yaradılıbBu gün, 14:37
Bütün xəbərlər