Bakı və bəzi rayonlara verilən elektrik enerjisinin kəsilməsinin səbəbi məlum oldu | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakı və bəzi rayonlara verilən elektrik enerjisinin kəsilməsinin səbəbi məlum oldu

16:48 - 12 / 07 / 2018
Bakı və bəzi rayonlara verilən elektrik enerjisinin kəsilməsinin səbəbi məlum oldu

Bu gün saat 16:00 radələrində Bakı və bəzi rayonlara verilən elektrik enerjisinin qəfil kəsilməsinin səbəbi məlum olub.

1news.az-ın “Azərenerji” ASC-yə istinadən verdiyi xəbərə görə, Mingəçevir İES-dən gələn xəttin Yevlax şəhəri və Ağsu rayonu ərazisindən keçən hissəsində zəmilərdə yanğın baş verməsi səbəbindən təhlükəsizlik məqsədilə respublikanın bəzi bölgələrinin elektrik enerjisi ilə təchizatı dayandırılıb.

Təhlükə aradan qalxdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq.

1news.az

Paylaş:
732

Son xəbərlər

Bütün xəbərlər