Bakıda işıqforların fəaliyyətində yaranan çətinliklər aradan qaldırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda işıqforların fəaliyyətində yaranan çətinliklər aradan qaldırılır

17:28 - 12 / 07 / 2018
Bakıda işıqforların fəaliyyətində yaranan çətinliklər aradan qaldırılır

Paytaxtın bəzi yerlərində elektrik təminatında yaranan kəsinti ilə əlaqədar işıqforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır.

1news.az-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, həyata keçirilən operativ tədbirlər nəticəsində artıq bir çox küçə və prospektdə svetoforların fəaliyyəti bərpa edilib.

Hazırda Heydər Əliyev, Qara Qarayev, Həsən bəy Zərdabi, Hüseyn Cavid prospektləri, Şərifzadə, Ş.Mehdiyev və digər küçələrdə svetoforların işi bərpa edilib.

Bütün işıqforların normal rejimdə fəaliyyəti üçün zəruri tədbirlər görülür.

S.Xankişiyeva

Bakı və bəzi rayonlara verilən elektrik enerjisinin kəsilməsinin səbəbi məlum oldu

Bakıda yenə işıqlar sönüb

Paylaş:
479

Son xəbərlər

Bütün xəbərlər