Bakı Ali Neft Məktəbində nazirliklə birgə təqdimat keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbində nazirliklə birgə təqdimat keçirilib – FOTO

12:13 - 12 / 07 / 2018
Bakı Ali Neft Məktəbində nazirliklə birgə təqdimat keçirilib – FOTO

İyulun 11-də Bakı Ali Neft Məktəbində (BANM) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və BANM-ın birgə təşkilatçılığı ilə iş yerlərində bədbəxt hadisələrin qarşısının alınması sahəsində profilaktik tədbirlərə dair təqdimat keçirilib.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, tədbirin əsas məqsədi əməyin təhlükəsizliyi məsələsinə diqqətin artırılması və  ölkəmizdə fəaliyyət göstərən iri şirkətlərin iştirakı ilə Beynəlxalq Sosial Təminat Assosiasiyası (ISSA) tərəfindən geniş təbliğ olunan “Vision Zero” təşəbbüsü (“sıfır ölüm hadisəsi, ciddi xəsarət və peşə xəstəliyi”)  üzrə təqdimatın keçirilməsi olub.

 Tədbirdə BANM-ın rektoru Elmar Qasımov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, ISSA-nın prezidenti, Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının (DGUV) baş direktoru Yoakim Bröyer, ƏƏSMN-nin aidiyyəti struktur bölmələrinin rəhbərləri, ölkədə fəaliyyət göstərən müxtəlif transmilli şirkətlərin nümayəndələri, BANM-ın professor-müəllim heyəti və  tələbələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan E.Qasımov qonaqları salamlayaraq bildirib ki, bəzən müxtəlif səbəblərdən iş yerlərində bədbəxt hadisələr baş verir, nəticədə müəssisələrə və onların əməkdaşlarına ciddi zərər dəyir. Rektor hər bir şirkətdə və müvafiq qurumlarda bu hadisələrin qarşısını almaq üçün təlimlərin və maarifləndirmənin vacib olduğunu vurğulayıb. E.Qasımov Ali Məktəbdə ƏƏSMN-nin təşəbbüsü ilə keçirilən hazırkı tədbirin də bu məqsədlə təşkil olunduğunu söyləyib.

M.Kərimli istehsalatda baş verən bədbəxt hadisələrin əməyin təhlükəsizliyi tələblərinin yerinə yetirilməməsindən, bir çox hallarda isə əməyin mühafizəsi normalarının tətbiqinə biganə münasibətdən və ya bu sahədə məlumatlılığın aşağı səviyyədə olmasından  irəli gəldiyini qeyd edib. Nazir müavini bildirib ki, belə hadisələrin baş verməməsinin mümkünlüyü ilk növbədə hər bir işçinin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasından, istehsalatda qəza hallarının qarşısının alınması üçün vacib olan önləyici tədbirlərin görülməsindən birbaşa asılıdır. 

Bu mənada ISSA-nın “Vision Zero” təşəbbüsünün təbliği ilə yanaşı, bu təşəbbüsün praktik müstəvidə geniş şəkildə reallaşdırılması xüsusi önəm kəsb edir. M.Kərimli əməyin təhlükəsizliyinə nəzarət sisteminin innovativ üsullar əsasında təkmilləşdirilməsinin bu gün ƏƏSMN-nin əsas hədəflərindən olduğunu deyib, əməyin mühafizəsi ilə bağlı işəgötürənlər arasında nazirlik tərəfindən aparılan məlumatlandırma işlərini diqqətə çatdırıb. 

Y.Bröyer “Vision Zero” təşəbbüsü ilə bağlı təqdimat edib. O qeyd edib ki,  “Vision Zero” təşəbbüsünə görə, iş proseslərində baş verə biləcək bütün qəzaların və xəstəliklər qarşısı alına bilər. Bu məqsədlə Vision Zero təşəbbüsünün tərəfdarı olan şirkətlər, onun partnyorları iş yerlərində təhlükəsizlik, sağlamlıq və rifah kimi üç əsas dəyəri yaymaq və inkişaf etməsinə kömək üçün çalışırlar. Cənab Bröyer təqdimat zamanı müəssisələrdə ölüm hadisələrinin sıfra endirilməsi, ciddi xəsarət və peşə xəstəliklərinin qarşısının alınması üçün təcrübədə istifadə olunan “qızıl qaydalar”dan və atılması labüd olan praktik addımlardan bəhs edib.   

Daha sonra BANM-ın rektoru E.Qasımov ISSA-nın prezidenti Yoakim Bröyeri Ali Məktəbin “Fəxri qonaq” plaketi ilə təltif edib. Tədbirin sonunda iştirakçılar əməyin təhlükəsizliyi və bədbəxt hadisələrin qarşısının alınması ilə bağlı onları maraqlandıran sualları Yoakim Bröyerə ünvanlayıblar. 

Təqdimatdan sonra cənab Bröyer Ali Məktəbin kampusunu gəzərək burada tələbələr üçün yaradılmış şərait və təlim-tədris proseslərilə tanış olub.

Qeyd edək ki, 1927-ci ildə əsası qoyulmuş ISSA sosial təminat sahəsində vahid prinsiplərin və qabaqcıl standartların hazırlanması və təşviqi, bu sahədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, milli, regional və beynəlxalq səviyyələrdə sosial təminat siyasətlərinin təkmilləşdirilməsi, tədqiqatların aparılması, bilik və məlumat mübadiləsinin həyata keçirilməsi, üzv təşkilatlara texniki yardımın göstərilməsi ilə məşğul olan təşkilatdır.

S.Xankişiyeva

Paylaş:
445

Son xəbərlər

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edirBu gün, 18:05İntensiv yağışlar səbəbindən Qəbələdəki Nohur gölündə suyun səviyyəsi artıb - FOTO - VİDEOBu gün, 17:55Azərbaycanda zəlzələ olubBu gün, 17:34Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilibBu gün, 17:17İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidirBu gün, 16:54Prezident və birinci xanım Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər - YENİLƏNİB 3Bu gün, 16:38Güclü külək əsəcək, yağəş yağacaq - XƏBƏRDARLIQBu gün, 16:30ICESCO-nun Baş direktoru: Şuşanın bütünlüklə Qafqazda musiqinin paytaxtı olması təəccüblü deyilBu gün, 16:14Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilirBu gün, 15:54ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyirBu gün, 15:41Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedirBu gün, 15:27Bakıda mənzildə meyit tapılıbBu gün, 15:16Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir - PrezidentBu gün, 15:04DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 15:00Prezident: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidirBu gün, 14:58Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcəkBu gün, 14:44Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblarBu gün, 14:04Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov ehtiyata buraxılıbBu gün, 13:56FHN: Ötən sutka 15 yanğına çıxış olub, 7 nəfər xilas edilibBu gün, 13:42Bu gün görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdürBu gün, 13:25
Bütün xəbərlər