Terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanıb, 3 şəxs həbs edilib

Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsddən sonra terrorçuluğa açıq çağırış etmiş şəxslər barədə 21 cinayət işi başlanıb, 3 şəxs həbs edilib.
1news.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, digər şəxslərin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
“Terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib.
Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barəsində inzibati həbs tədbiri seçilib”- deyə. Məlumatda qeyd olunub.
1news.az
668