“Gənc Vətəndaş” İctimai Birliyi Gəncədə baş verən hadisələrlə bağlı bəyanat yayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Gənc Vətəndaş” İctimai Birliyi Gəncədə baş verən hadisələrlə bağlı bəyanat yayıb

16:38 - 13 / 07 / 2018
“Gənc Vətəndaş” İctimai Birliyi Gəncədə baş verən hadisələrlə bağlı bəyanat yayıb

“Gənc Vətəndaş” İctimai Birliyi Gəncədə baş verən hadisələrlə bağlı bəyanat yayıb.

1news.az-ın məlumatına görə, bəyanatda deyilir: “”Gənc Vətəndaş” İctimai Birliyi Gəncə şəhərində radikal, ekstrimist dini qrupların təmsilçiləri tərəfindən həyata keçirilən terror aksiyalarını qətiyyətlə pisləyir.

Baş verən hadisələr bir daha sübuta yetirir ki, Azərbaycanın dünyəvi, demokratik dövlətçilik modeli bütün müsəlman şərqi üçün alternativi olmayan çıxış və inkişaf yoludur. Azərbaycan xalqının tarixi ənənələrinə və mədəniyyətinə söykənən tolerantlıq modeli dinindən, irqindən asılı olmayaraq bütün insanların dinc birgəyaşayışının təmin edilməsi üçün yeganə vasitədir.

Radikal dini qrupların və onları himayə edən dairələrin ən müxtəlif dini-siyasi şüarlar altında total təbliğat kampaniyalarına baxmayaraq Azərbaycan xalqının birmənalı olaraq radikalizmə, aqressiyaya yox deməsi, dövlətçiliyimizi göz-bəbəyi kimi qorumağa hazır olduğunu nümayiş etdirməsi vətəndaşlarımızın ayıq-sayıq olduğunu, baş verənlərin mahiyyətini yaxşı anladıqlarını sübuta yetirir. Azərbaycan xalqı hər zaman olduğu kimi yenə də öz dövləti ilə çiyin-çiyinə dayanaraq istiqlalımızı, gələcəyimizi hər cür qaranlıqdan qorumağa qadir olduğunu, dövlət-xalq birliyini bir daha nümayiş etdirdi.

Biz “Gənc Vətəndaş” İctimai Birliyinin təmsilçiləri olaraq, terroru və onun hər cür təzahürünü lənətləyir, konstitusion dövlət quruluşumuza, təhlükəsizliyimizə qarşı atılan bütün addımlara qarşı ən sərt tədbirlərin həyata keçirilməsini vacib hesab edirik”.

1news.az

Paylaş:
456

Son xəbərlər

Qarabağ Dirçəliş Fondunun Bakı Marafonundakı yaşıl pavilyonu böyük maraqla qarşılanıb - FOTOBu gün, 14:16Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayıbBu gün, 14:04Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib - YENİLƏNİBBu gün, 13:38Cəsarət Valehova yeni vəzifə verilibBu gün, 13:29Ağdərədə sümük fraqmentləri aşkarlanıbBu gün, 13:18ABŞ səfiri Şuşaya gedibBu gün, 13:10“AzerGold” QSC ölkə ərazisində geoloji tədqiqat işlərini şaxələndiribBu gün, 12:56İlham Əliyev Azərbaycanla Albaniya arasında iqtisadi əməkdaşlıq haqqında Sazişi təsdiqləyibBu gün, 12:51Sabah yağış, qar yağacaq - ProqnozBu gün, 12:46Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılıbBu gün, 12:42Kapital Bank-ın dəstəyi ilə “GreenTech” startap və yaşıl texnologiyalar” müsabiqəsi keçirilibBu gün, 12:41Şəhid övladları üçün “Bilimdən Zəfərə” layihəsi həyata keçirilibBu gün, 12:36Azərbaycanda “Heyvanlarla məsuliyyətli davranış haqqında” yeni qanun layihəsi hazırlanırBu gün, 12:29Quş qripinə qarşı epizootoloji monitorinqlər keçiriləcəkBu gün, 12:26Buraxılış imtahanının doğru cavab etalonları açıqlanıbBu gün, 12:09Yol Polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdiBu gün, 11:34Bakı üzrə I sinfə qəbulla bağlı 28 mindən çox sorğu yerləşdirilibBu gün, 11:27Bu gün cənub bölgəsinin bəzi rayon və kəndlərində elektrik enerjisinin verilməsində məhdudiyyət olacaqBu gün, 11:24Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşünün vaxtı bəlli olduBu gün, 11:19“Baku Caviar” “Friend of the Sea” sertifikatına layiq görülən ilk və yeganə Azərbaycan şirkəti olubBu gün, 11:15
Bütün xəbərlər