BANM-ın tələbələri Petkimdə işə və təcrübəyə başlayır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-ın tələbələri Petkimdə işə və təcrübəyə başlayır – FOTO

10:27 - 13 / 07 / 2018
BANM-ın tələbələri Petkimdə işə və təcrübəyə başlayır – FOTO

Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin SOCAR-ın Türkiyədəki Petkim neft-kimya kompleksinə işə və təcrübəyə qəbul olunan tələbə və məzunlarının görüşü keçirilib.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, görüşdə BANM-ın rektoru Elmar Qasımov,  Petkim Petrokimya Holdinqin İnsan Resursları üzrə Baş direktorun müavini Levent Kocagül, “Yetenek kazanım və yetenek işletim” müdiri Bəhruz Babayev, Ali Məktəbin professor-müəllim heyəti, Petkimə göndəriləcək tələbə-məzunlar və onların valideynləri iştirak ediblər.

Tədbirdə çıxış edən BANM-ın rektoru Elmar Qasımov tədbirdə iştirak edən hər kəsi salamlayaraq bildirib ki, hər il olduğu kimi bu il də SOCAR-ın Türkiyədəki müəssisələri işə qəbul və istehsalat təcrübəsi keçmək üçün seçimi Azərbaycandan yalnız BANM-ın tələbələri arasından edib. Rektor qeyd edib ki, bu il İzmir şəhərində yerləşən Petkim Petrokimya Zavodu Ali Məktəbin 4 məzununu işə götürüb və 20 tələbəsini istehsalat təcrübəsi keçmək üçün seçib. Elmar Qasımov Petkimin bu addımını Ali Məktəbə olan böyük etimad və etibarın bariz nümunəsi olduğunu vurğulayıb.

Petkim Petrokimya Holdinqin İnsan Resursları üzrə Baş direktorunun müavini Levent Kocagül öz çıxışında bildirib ki, Petkimin BANM-ın tələbə və məzunlarına olan marağı onların öz sahələri üzrə yüksək bilik və bacarığa malik olmaları, həmçinin nizam və intizam qaydalarına ciddi əməl etmələri ilə əlaqədardır. Levent Kocagül bu il işə və təcrübəyə qəbul edilən tələbələrin sayının gələcəkdə daha da artacağını qeyd edib. Sonda O, təcrübə keçəcək tələbələri, işə başlayacaq məzunları və onların valideynlərini təbrik edib.

Holdinqin  “Yetenek kazanım və yetenek işletim” müdiri Bəhruz Babayev tələbələrin İyul ayının 18-dən etibarən İzmirdə təcrübəyə başlayacaqlarını bildirib və zavodun iş prosesindən, təhlükəsizlik qaydalarından, tələbələr üçün hazırlanmış layihələrdən, onların inkişafı üçün nəzərdə tutulmuş proqramlardan danışıb.

Petkim-dən iş təklifi alan BANM-ın 4 məzunu – Fərid Mustafayev, Fərid Əliyev, Pərvin Salamzadə və Mirhadı Həbibov öz çıxışları zamanı SOCAR və BANM rəhbəliyinə Ali Məktəbin tələbələri üçün yaradılan geniş imkanlar üçün, professor və müəllimlərinə isə onlara güclü bilik verdikləri üçün  təşəkkür ediblər.

Görüşdə çıxış edən məzun və tələbələrin valideynləri övladları üçün yaradılan şərait və dəstək üçün SOCAR və Ali Məktəb rəhbərliyinə, Azərbaycanda BANM kimi ali təhsil müəssisəsini yaradaraq gənclərin inkişafında  verdiyi əvəzsiz töhfəyə görə Ölkə başçısı cənab İlham Əliyevə təşəkkür ediblər.

Görüşün sonunda BANM və Petkim Petrokimya Holdinq arasında əməkdaşlıq müqaviləsi imzalanıb.  Müqavilənin əsas məqsədi Ali Məktəbdə təhsil alan tələbələrin Petkimə səfər edərək onun fəaliyyəti, orada gedən prosesləri canlı izləməsı və texnik bilik və bacarıqlarını  inkişaf etdirməsidir. Müqavilənin şərtlərinə əsasən BANM-ın tələbləri üçün Petkim öz zavodlarında yerləşən şöbələrdə iki ay müddətində istehsalat təcrübəsi təşkil edəcək, tələbələrin müasir texnologiyaların öyrənilməsindən və petrokimya sənayesində istifadə olunan texniki sənədlərdən faydalanmalarını təmin edəcək, təcrübə zamanı  texnologiya, qurğu və avadanlıqları canlı olaraq nümayiş etdirəcək, təcrübə zamanı texnologiya, qurğu və avadanlıqlarda yaranan nasazlıqları və onların aradan qaldırılması yollarını şifahi və yazılı paylaşacaq və eyni zamanda tələbələrə Petkimdə keçirdikləri vaxt və təcrübə üçün təqaüd verəcək.

S.Xankişiyeva

 

 

Paylaş:
434

Son xəbərlər

Səbaildə maşın oğurlayan şəxs saxlanılıbBu gün, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıbBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:49Dünya fond bazarlarının əsas indeks göstəriciləriBu gün, 12:33Bakıda evdən 7 min manatlıq qızıl-zinət əşyası oğurlayan şəxs saxlanılıbBu gün, 12:23XRİTDX istifadəçilərə ödənişsiz sandbox sistemlərinə dair xəbərdarlıq edibBu gün, 12:11Yeni təhsil proqramları əsasında təsnifata yeni ixtisasın əlavə olunması halları müəyyənləşibBu gün, 11:56Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində - FOTOBu gün, 11:49FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:33Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıbBu gün, 11:32Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVABu gün, 11:14Səfirlik Hyuston şəhərində yaşayan Azərbaycan vətəndaşlarına müraciət edibBu gün, 11:09DYP atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciət edibBu gün, 10:52Xankəndi şəhəri ərazisindən son bir həftədə 59 qumbara və 33 avtomat tapılıbBu gün, 10:40Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 10:29Beyləqanda 4 nəfərdən narkotik aşkarlanaraq götürülübBu gün, 10:17Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanılıbBu gün, 10:06“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər - FOTO03 / 05 / 2024, 20:32“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilib03 / 05 / 2024, 17:48Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası üzvlərinin sayı azaldılıb03 / 05 / 2024, 17:42
Bütün xəbərlər