Gəncə hadisələrinə görə 3 nəfər həbs edilib, 5 nəfər saxlanılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncə hadisələrinə görə 3 nəfər həbs edilib, 5 nəfər saxlanılıb - FOTO

13:05 - 14 / 07 / 2018
Gəncə hadisələrinə görə 3 nəfər həbs edilib, 5 nəfər saxlanılıb - FOTO

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində 2018-ci il iyulun 3-də Gəncə şəhərində törədilmiş terror aktında iştirakda təqsirləndirilən Əliyev Akif İsmayıl oğlu həbs edilib.

Bu barədə 1news.az-a hüquq-mqhafizə orqanlarından məlumat verilib.

Əliyev Akif İsmayıl oğlu - 1966-cı ildə anadan olub. Azərbaycan Respublikasının vətəndaşıdır.

Bundan başqa 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş vermiş cinayət hadisəsinin aktiv iştirakçıları Əliyev Seymur Ceyhun oğlu və Rüstəmov Elman İlham oğlu həbs edilib.

Əliyev Seymur Ceyhun oğlu – 18.01.1993-cü ildə Gəncə şəhərində anadan olub, Azərbaycan Respublikasının vətəndaşıdır.

Həmçinin mətbuata bilə-bilə yalan məlumat yayan daha 2 saytın –“gununsesi.info” və “teref.info” vəzifəli şəxsləri barəsində Baş Prokurorluqda cinayət işləri başlanıb.

Gəncə hadisələrində iştirakda şübhəli bilinən 4 şəxs Azərbaycan-Rusiya sərhəddini Qusar rayonu ərazisindən,  1 nəfər isə Azərbaycan-Gürcüstan sərhəddinin Qazax rayonu ərazisindən keçmək istərkən saxlanılıblar.

Azərbaycan Respublikasının Prezidenti yanında kecirilən müşavirədə qeyd etdiyi kimi, həmin hadisələrin törədilməsində əlaqəsi olan heç kəs məsuliyyətdən kənarda qalmayacaq, bütün təqsirli şəxslər ədalət məhkəməsi qarşısında cavab verəcək.

Paylaş:
683

Son xəbərlər

Bütün xəbərlər