Rauf Arifoğlu Gəncə hadisələri barədə: Bu son dərəcə ciddi bir fakt olduğu üçün ciddi də təhlil olunmalıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Rauf Arifoğlu Gəncə hadisələri barədə: Bu son dərəcə ciddi bir fakt olduğu üçün ciddi də təhlil olunmalıdır

15:57 - 16 / 07 / 2018
Rauf Arifoğlu Gəncə hadisələri barədə: Bu son dərəcə ciddi bir fakt olduğu üçün ciddi də təhlil olunmalıdır

Gəncədə baş verən hadisələr Azərbaycan dövlətçiliyinə və Azərbaycan xalqına sui-qəsddir.

Bunu 1news.az-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Gəncə hadisələrinə münasibət bildirərkən deyib:

“Azərbaycan prezidenti başda olmaqla rəsmi dövlət qurumları bəyan etdilər ki, bunun arxasında xarici qüvvələr dayanır. Yəni, bu bir Azərbaycan hadisəsi, azərbaycanlıların etiraz aksiyası deyil. Tam əksinə, stabil həyatını yaşayan Azərbaycanı qarışdırmaq təşəbbüsüdür. Bu təşəbbüsü həyata keçirən ölkələrin təxmini təsnifatları da məlumdur.

Açıqlanan məlumatlar onu göstərir ki, Azərbaycan dindarlarının toplu halda və hər hansı bir siyasi dini motivlə qarışma faktı olmasa da müəyyən dini qruplara aid olan şəxslər Azərbaycandan kənarda təlimatlandırılıb, onlara kənardan informasiya dəstəyi verilib, onların bəziləri, o cümlədən terror hərəkəti törədən Yunis Səfərov qəhrəman elan olunub. Çox qəribədir ki, elan prosesində Azərbaycanda separatçılıq fəaliyyəti göstərmiş bəzi insanlar çox fəallaşıblar. Belə bir proses Azərbaycanı qarışdırmaq, onun xalqını tədirgin etmək, Azərbaycana zərbə vurmaq məqsədi daşıyır. Bu da əlbəttə ki, düşmən fəaliyyətidir”.

Azərbaycanın ilk mərhələni uğurla keçdiyini deyən baş redaktorun sözlərinə görə, Sumqayıt şəhərində radikal müxalifətin və dini qrupların 18 əsas fəal üzvünün saxlanılması faktı onu göstərir ki, bəzi güclər Azərbaycana qarşı məkrli planlarından əl çəkməyiblər. İstəyirlər ki, nəyin bahasına olursa olsun Azərbaycanda vəziyyəti qarışdırsınlar. Bunun kimlər tərəfindən, hansı məqsədlə edildiyini isə istintaq aydınlaşdıracaq:

Ölkəmizə qarşı həyata keçirilən dini yönümlü təxribatlarda daha çox İranın adının hallandırılmasına gəlincə, R.Arifoğlunun sözlərinə görə, ilk gündən bəllidir ki, Yunis Səfərov Qum şəhərində olub, oradan isə Suriyaya keçərək təlimlərdə iştirak edib. Daha sonra isə Azərbaycana gələrək məlum terror aktını törədib:

“Həmin vaxtdan başlayaraq mediada və sosial şəbəkələrdə müzakirələr gedir. Bu İranın rəsmi fiqurlarının dövlət olaraq Azərbaycana qarşı hər hansı bir hərəkətidir, yoxsa İranda oxuyan, təhsil və təlim alan bir qrup azərbaycanlının öz əlkəsinə qarşı xəyanətidir.

Başqa bir versiya ondan ibarətdir ki, bu, İranda hər hansı bir ekstermist dini qrupun İran dövlətinin xəbəri olmadan Azərbaycan dövlətinə və xalqına qarşı həyata keçirdiyi bir aktdır. Məlum olduğu kimi, İran çox mürəkkəb bir ölkə olmaqla bu gün də indiki hakimiyyətə, ruhani iqtidarına qarşı çıxışlar olur, münaqişələr baş qaldırır”.

Bəzi saytların və sosial şəbəkə istifadəçilərinin Azərbaycan dövlətinə və xalqına qarşı yönəlmiş fəaliyyətini kəskin tənqid edən baş redaktor bu kimi faktların istintaq tərəfindən araşdırılmasına ehtiyac olduğunu söyləyib:

“Bəzi saytların və sosial şəbəkə istifadəçilərinin Azərbaycanda, xüsusən də Gəncədə baş verən son hadisələrə reaksiyası olduqca diqqətçəkicidir. Müəyyən tiraja malik olan qərbyönümlü, Qərb ölkələrində təhsil almış və orada müəyyən əlaqələri olan şəxslər bu şəbəkələrə xüsusi dəstək verdilər, onların canlı yayımlarını tirajladılar. Çox qəribə bir mənzərə yaranır. Bu hadisələrlə bağlı İranın, Qum şəhərinin, müəyyən dini radikalların adlarının çəkildiyi, Rusiyadan gəlmiş şəxsin ciyaət törətməsi faktı qeyd olunduğu halda Qərb yönümlü bir sıra tanınmış virtual simalar onlara dəstək verdi. Bu son dərəcə ciddi bir fakt olduğu üçün ciddi də təhlil olunmalıdır. Bu baxımdan bu fakt istintaq tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Ən azından həmin şəxslər istintaqa cəlb olunaraq ölkədə baş verən terror hadisələrini nə üçün törətdikləri onlardan soruşulmalıdır”.

Baş verən hadisələrin insanlar arasında təşvişə, narahatlığa səbəb olmasına gəlincə, R.Arifoğlu bildirib ki, ölkəmizə qarşı düşmən mövqedə duran qüvvələrin əsas məqsədlərindən biri də elə budur. İstəyirlər ki, dövlət etibarsızlaşdırılsın, yəni, insanların dövlətə olan inamı itsin:

“Cəmiyyətin, insanların belə reaksiyaları təbiidir. Obyektivlik naminə demək lazımdır ki, ciddi təşviş üçün elə bir əsas yoxdur. Dövlət qurumları, güc strukturları heç bir panik vəziyyət yaşamırlar. Prezidentin hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə keçirdiyi iclasda qətiyyətli çıxışı, ardınca isə polisi qətlə yetirən şəxslərdən birinin zərərsizləşdirilməsi prosesi baş verdi. İnsanlar da, dövlət məmurlarının özləri də gördülər ki, nə qədər narahatçılıq, xoşagəlməz vəziyyət olsa da Azərbaycan dövləti və Azərbaycan xalqı bir yerdədir, ilk mərhələdən, ilk sınaqdan alnıaçıq çıxdı.

Narahatçılıq ən çox o zaman olardı ki, Gəncə olaylarında yerli əhalinin, yerli dindarların  iştirak sayı çox olardı və yaxud da ciddi regional bir narazılığın olduğu faktı ortaya çıxardı. Belə bir fakt yoxdur. Bu baxımdan da hesab edirəm ki, ciddi narahaçılığa əsas yoxdur. Əminəm ki, qısa müddət ərzində ölkəmizə qarşı həyata keçirilən bu xain təcavüz öz cavabını alacaq”.

1news.az

Paylaş:
846

Son xəbərlər

İçərişəhərdə Milli Xalça Festivalının açılışı baş tutub - FOTO05 / 05 / 2024, 12:40Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEO04 / 05 / 2024, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB04 / 05 / 2024, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub04 / 05 / 2024, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb04 / 05 / 2024, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıb04 / 05 / 2024, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVA04 / 05 / 2024, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edib04 / 05 / 2024, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edib04 / 05 / 2024, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb04 / 05 / 2024, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıb04 / 05 / 2024, 14:55Tovuzda zəlzələ olub04 / 05 / 2024, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİB04 / 05 / 2024, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyib04 / 05 / 2024, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM04 / 05 / 2024, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədir04 / 05 / 2024, 13:59Sabunçuda köməkçi tikili yanıb04 / 05 / 2024, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıb04 / 05 / 2024, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıb04 / 05 / 2024, 13:04
Bütün xəbərlər