“İdeal”da dəriyə qulluq üzrə dünyaca məşhur brendin təqdimatı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“İdeal”da dəriyə qulluq üzrə dünyaca məşhur brendin təqdimatı keçirilib

17:20 - 16 / 07 / 2018
“İdeal”da dəriyə qulluq üzrə dünyaca məşhur brendin təqdimatı keçirilib

“İdeal” parfümeriya mağazalar şəbəkəsinin “Gənclik Mall” Ticarət Mərkəzində yerləşən mağazasında dünyaca məşhur “Swiss line” brendinin təqdimatı keçirilib.

“Swiss line” məşhur İsveçrə istehsalı olan dəriyə qulluq vasitəsi məhsullarıdır. Məhsulun çeşidləri sırasına dərinin intensiv qulluğu üçün istifadə edilən müxtəlif vasitələr daxildir. “Swiss line” məhsulu dərinin sağlamlığını, gözəlliyini və cavanlığını maksimum dərəcədə uzatmaq məqsədilə hazırlanır.

Məhsulun təqdimatı məşhur ulduzların, bloqqerlərin və media nümayəndələrinin iştirakı ilə baş tutub. Təqdimat mərasimindən sonra şirkət media nümayəndələri üçün mətbuat konfransı keçirib.

Qeyd edək ki, “İdeal” yalnız özünü təsdiq etmiş təchizatçılarla əməkdaşlıq edir və müştərilərinə  yalnız orjinal məhsulları təqdim edir.

“İdeal” mağazalar şəbəkəsi 1999-cu ildə təsis edilib. 2 ən böyük filialı “Gənclik Mall” və “Nefmall”da yerləşən mağazalar şəbəkəsi Bakı, Sumqayıt və Naxçıvanda da filiallarla təmsil olunur.

Reklam hüququnda

 

Paylaş:
512

Son xəbərlər

Bütün xəbərlər